...

“Akkord” Korporasiyası Gürcüstanda tenderlərin qalibi oldu

İqtisadiyyat Materials 24 Aprel 2018 11:36 (UTC +04:00)
Yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəyə malik “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC son iki ayda Gürcüstanda keçirilən ümumi dəyəri 59,5 milyon ABŞ dolları olan iki infrastruktur layihəsinin tenderinin qalibi elan olunub.
“Akkord” Korporasiyası Gürcüstanda tenderlərin qalibi oldu

Bakı. Trend:

Yerli və xarici infrastruktur layihələrin icrasında xüsusi təcrübəyə malik “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC son iki ayda Gürcüstanda keçirilən ümumi dəyəri 59,5 milyon ABŞ dolları olan iki infrastruktur layihəsinin tenderinin qalibi elan olunub.

Hər iki layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamenti, maliyyə dəstəkçisi isə Avropa İnvestisiya Bankıdır.

Samtredia-Grigolote E-60 hissəsinin - yolunun qalmış işlərinin inşası (REMAINING WORKS for the CONSTRUCTION SAMTREDIA-GRIGOLETI ROAD SECTION OF E-60 HIGHWAY KM 00+000 – KM 11+500) ilə bağlı tenderdə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 14 şirkət iştirak edib. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 11 km-lik yolun inşası üçün verdiyi və qalib olduğu qiymət təklifi - 89 mln. lari (37 mln. ABŞ dolları) təşkil edib.

Dziruli-Karagauli-Moliti-Pona-Chumateleti ikinci yolun, Moliti-Chumateleti hissəsinin yenidən qurulması (Rehabilitation of Dziruli – Kharagauli – Moliti – Pona – Chumateleti Secondary Road, Moliti – Chumateleti Road Section from km 24+620 to km 50+244) ilə bağlı tenderdə isə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 13 şirkət iştirak edib. Respublikamızın təmsilçisi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu tenderin də qalibi elan edilib. Korporasiyanın 26 km-lik yolun yenidən qurulması üçün verdiyi və qalib olduğu qiymət təklifi - 54,5 mln. lari (22.5 mln. ABŞ dolları) təşkil edib.

Xatırladaq ki, hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyət göstərir ki, onlardan da biri Gürcüstandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti