...

Azərbaycanda yüksək texnologiyalar və innovasiyalar sahəsində ilin ən nüfuzlu tədbirlərindən biri keçirilib (FOTO)

İqtisadiyyat Materials 28 Sentyabr 2018 13:00 (UTC +04:00)
Sentyabrın 26-da Bakıda, “Four Seasons” hotelinin böyük zalında “Huawei Azerbaijan Enterprise Day 2018” konfransı – dünyanın nüfuzlu İT həlləri istehsalçısı “Huawei”in Azərbaycan bazarında İT həllərin iri distribüteri və “Abris” şirkətinin Azərbaycanda əsas tərəfdaşı olan “Gulfstream Distribution” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Biz birlikdə qalib gəlirik!” (Together we win!) şüarı altında iri təqdimat tədbiri keçirilib.
Azərbaycanda yüksək texnologiyalar və innovasiyalar sahəsində ilin ən nüfuzlu tədbirlərindən biri keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 26-da Bakıda, “Four Seasons” hotelinin böyük zalında “Huawei Azerbaijan Enterprise Day 2018” konfransı – dünyanın nüfuzlu İT həlləri istehsalçısı “Huawei”in Azərbaycan bazarında İT həllərin iri distribüteri və “Abris” şirkətinin Azərbaycanda əsas tərəfdaşı olan “Gulfstream Distribution” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Biz birlikdə qalib gəlirik!” (Together we win!) şüarı altında iri təqdimat tədbiri keçirilib.

Tədbir sıralarında “Huawei”in aparıcı mütəxəssisləri, tərəfdaş şirkətlərin və biznes dairələrin nümayəndələri və digərlərinin olduğu 200-dən çox qonağı bir araya gətirib.

Konfrans ictimai təhlükəsizlik, gələcəyin intellektual İT texnologiyaları, həmçinin “Huawei”in Azərbaycandakı tərəfdaşlarının inkişafı və onlara dəstək məsələlərinə həsr olunmuş bir neçə sessiyadan ibarət olub. Tədbirdə “Huawei”in nailiyyətləri və yeni məhsulları, aparıcı dünya trendləri haqqında məlumat da təqdim edilib.

Bundan başqa, tədbirdə üz tanıma sahəsində ən yeni həllərin, bulud data-mərkəzlərinin təqdimatı olub, həmçinin şirkətin məhsullarının istifadəçiləri öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Konfransın yekununda iştirakçılar arasında lotereya keçirilib. Lotereyada qiymətli hədiyyələr, o cümlədən əsas mükafat – dünya bazarında ən qabaqcıl texnologiyalı smartfonlardan biri olan “Huawei P20” oynanılıb.

Əlavə məlumat üçün +99412 597 30 80 nömrəsi ilə əlaqə saxlamaq olar.

Məqsədi insanların həyatını ünsiyyət vasitəsilə zənginləşdirmək olan “Huawei” şirkəti dünyanın nüfuzlu İKT həlləri tədarükçüsüdür. “Huawei”in müştərilərin tələbatına və tərəfdaş şəbəkəsinin inkişafına istiqamətlənmiş innovasiya məhsulları sayəsində şirkət telekommunikasiya şəbəkələri, terminal həllər və bulud hesablamaları sistemlərinin hazırlanmasında yüksək nəticələr əldə edib. Bütün dünyada “Huawei”in 180 mindən çox əməkdaşı operatorlara, müəssisələrə və son istifadəçilərə rəqabətqabiliyyətli həll və xidmətlər təqdim etməklə onlar üçün ən faydalı şərait yaratmağa çalışır. Planetin təxminən 1/3-i “Huawei”in innovasiya məhsullarından yararlanır, 170-dən çox ölkədə şirkətin həll və xidmətlərindən istifadə edirlər.

1987-ci ildə əsası qoyulan “Huawei” özəl şirkətdir və tamamilə öz əməkdaşlarının ixtiyarındadır. Əsas fəaliyyət istiqamətlərinə “Consumer Business Group” (smartfonlar, planşetlər, noutbuklar və s.), “Enterprise Business Group” (rabitə operatoru olmayan korporativ müştərilər üçün telekommunikasiya avadanlığı) və mobil rabitə operatorları ilə işləyən, simsiz və fiksajlanmış şəbəkələr üçün avadanlıqlar, telekommunikasiya proqram təminatı hazırlayan, operatorlara xidmətlər göstərən “Carrier Business Group” daxildir.

“Gulfstream Distribution” şirkəti iri İT distribüterdir və “Abris” şirkətinin Azərbaycanda əsas tərəfdaşıdır. Şirkət kompüter və rəqəmsal texnika, mürəkkəb infrastrukturlar üçün proqram təminatı və təhlükəsizlik sahəsində bulud həlləri kimi distribusiya seqmentlərini uğurla inkişaf etdirir.

Hər zaman öz öhdəliklərini yerinə yetirən etibarlı, məsuliyyətli və təcrübəli tərəfdaş kimi tanınması “Gulfstream” şirkətinə dünyanın bir çox aparıcı istehsalçıları ilə davamlı münasibətlər qurmaq imkanı verib. Şirkət 25 brendlə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti