...

Mastercard "Bank Silk Way"i mükafatlandırdı

İqtisadiyyat Materials 18 Oktyabr 2018 13:15 (UTC +04:00)

Bakı. Trend:

16.10.2018-ci il tarixində “Four Seasons” otelində “Mastercard” beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırma mərasimi keçirilib. "Bank Silk Way"in 2018-ci ilin nəticələrinə görə "Mastercard World Black Edition" məhsulunu ən çox emissiya edən Bank nominasiyasında qalib gələrək xüsusi dilplomla təltif edilib.

Bank çox qısa bir zamanda bu yüksək göstəricilərə nail olmağa bacarıb:

"Bu mükafatın qazanılmasında bizimlə olan hər bir müştərimizə təşəkkürümüzü bildiririk!

Xatırlatmaq istərdik ki, 18.05.2018-ci il tarixində "Bank Silk Way" "AZAL" aviaşirkəti və Mastercard beynəlxalq ödəniş sistemi ilə birgə Mastercard Black Edition Miles kobrend premium kartını buraxmışdır. Bu kart bankın hesab etibarilə 7-ci Miles kartıdır. Mastercard Black Edition Miles kartını səciyyələndirən cəhətlər parlaq dizayn, yüksək mil hesablanması, yenilikçi həllər dünyanın istənilən şəhərində mövcud xüsusi imtiyazlar kompleksidir. Bu kart ən yüksək səviyyədə rahatlığı və çoxlu səyahəti sevən insanlara ideal şəkildə uyğundur. Kartlar 2 və 3 il müddətinə buraxılır. Müştərinin seçimindən asılı olaraq kart manat, ABŞ dolları və ya avro ilə verilə bilər".

"Mastercard World Black Edition" kartını bu linkdən onlayn sifariş vermək mümkündür: bit.ly/2PIN8ND

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti