...

Maliyyə naziri: Manatın məzənnəsinin kəskin möhkəmlənməsi yerli istehsalçılara mənfi təsir göstərə bilər

İqtisadiyyat Materials 5 Dekabr 2018 02:49 (UTC +04:00)
Manatın məzənnəsinin kəskin möhkəmlənməsi, ilk növbədə, bizim istehsalçılarımıza mənfi təsir göstərir.
Maliyyə naziri: Manatın məzənnəsinin kəskin möhkəmlənməsi yerli istehsalçılara mənfi təsir göstərə bilər

Bakı. Rauf Quliyev - Trend:

Manatın məzənnəsinin kəskin möhkəmlənməsi, ilk növbədə, bizim istehsalçılarımıza mənfi təsir göstərir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “AZTV” telekanalının efirində deyib.

Nazirin sözlərinə görə, buna səbəb həmin istehsalçıların məhsullarının xarici bazarlarda daha çətin satılmağa başlamasıdır: “Rəqabət qabiliyyətliliyi başlayır azalmağa. Digər təfərdən, onlar daxili bazarda da rəqabəti uduzmağa başlayır. Nəyə görə, çünki xaricdən daha ucuz mallar idxal edilir“.

S.Şərifov hesab edir ki, son iilər aparılan siyasət makroiqtisadi balansın saxlanılması və iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti