...

2019-cu ildə dünya iqtisadiyyatı üçün əsas təhdidlər

İqtisadiyyat Materials 7 Yanvar 2019 11:30 (UTC +04:00)
"Bloomberg" 2019-cu ildə dünya iqtisadiyyatı üçün əsas siyasi təhdidləri açıqlayıb.
2019-cu ildə dünya iqtisadiyyatı üçün əsas təhdidlər

Bakı. Elçin Mehdiyev - Trend:

"Bloomberg" 2019-cu ildə dünya iqtisadiyyatı üçün əsas siyasi təhdidləri açıqlayıb.

Trend-in məlumatına görə, ən mühüm risk amillərindən birinin ABŞ və Çin arasında ticarət müharibəsi olduğu deyilir.

Qeyd olunur ki, əgər ABŞ lideri Donald Tramp Çin mallarına yeni rüsumlar tətbiq etsə, ÜDM-in artımı yavaşlayacaq. Bu mübahisə isə uzun iqtisadi soyuq müharibənin başlanğıcı ola bilər.

Bundan başqa, İtaliya və Avropa İttifaqı arasında büdcə xərcləri ilə bağlı mübahisə, Böyük Britaniyanın Aİ-dən çıxması, neftin qiymətləri dünya iqtisadiyyatında əsas risklər kimi göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti