...

Azərbaycan Həştərxanda meyvə-tərəvəz qovşağı yaradacaq

İqtisadiyyat Materials 21 Fevral 2019 10:26 (UTC +04:00)
Azərbaycanın "KDY Logistics" logistika şirkəti Rusiya Federasiyasının Həştərxan vilayətinin dəmiryolu logistika qovşağının inkişafına 2 milyard rubldan çox vəsait (26.6 milyon ABŞ dolları) yatırmağı qərara alıb.
Azərbaycan Həştərxanda meyvə-tərəvəz qovşağı yaradacaq

Bakı. Trend:

Azərbaycanın "KDY Logistics" logistika şirkəti Rusiya Federasiyasının Həştərxan vilayətinin dəmiryolu logistika qovşağının inkişafına 2 milyard rubldan çox vəsait (26.6 milyon ABŞ dolları) yatırmağı qərara alıb.

Trend-in məlumatına görə, şirkətin nümayəndəsi Cavanşir Məmmədov qeyd edib ki, bu, regionumuz vasitəsilə meyvə-tərəvəzin daşınma həcmini artırmaq üçün vacibdir.

O əlavə edib: "Biz 1 milyon ton meyvə-tərəvəzi və digər yükləri həmin dəmir yolu qovşağı ilə ixrac etməyi, eləcə də əks istiqamətdə idxalı planlaşdırırıq. Bu məqsədlə investisiyalarımız 2 milyard rubl təşkil edəcək".

Qeyd edək ki, Azərbaycan Rusiya bazarlarına meyvə-tərəvəz tədarükü sahəsində əsas yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti