Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilib (FOTO)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilib (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin 7-ci iclası keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Tədbirdə Azərbaycanı DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

İclasda öncə ötən dövr ərzində görülən işlərlə bağlı üzv dövlətlərin nümayəndə heyətləri başçılarının hesabatları dinlənilib.

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri İ.Hüseynov çıxışında bildirib ki, bu cür tədbirlərin təşkili Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük orqanlarının nailiyyətləri, yaranan problemlər və gömrük sahəsində həyata keçirilən islahatlarla bağlı məlumat və fikir mübadiləsi, eləcə də çoxtərəfli gömrük əməkdaşlığının inkişaf yollarının müzakirə edilməsi baxımından faydalıdır.

Qeyd edilib ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi davamlı inkişaf strategiyası gömrük sahəsinə də öz töhfəsini verib.

Mühüm yeniliklərdən biri Azərbaycan Prezidenti tərəfindən 21 dekabr 2018-ci il tarixdə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsidir. Məqsəd qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılması, biznesin dövlət tənzimlənməsi mexanizmlərinin səmərəliliyinin artırılması, könüllü riayət etmə mədəniyyətinin formalaşdırılması, risklərin qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməni daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, müasir idarəetmə prinsiplərinə əsaslanan məmur-sahibkar münasibətlərini inkişaf etdirmək və mövcud ehtiyatların daha səmərəli istifadəsini təmin etməkdir.

DGK sədrinin birinci müavini İ.Hüseynov onu da qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub kimi mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanda tranzit prosedurlarının təkmilləşdirilməsi, infrastrukturun inkişafı, eləcə də tranzit təchizat zəncirlərinin təhlükəsizliyinin davamlı təmin edilməsi vacib şərtdir. Bu məqsədlərə nail olmaq üçün ölkə rəhbərliyi gömrük orqanları qarşısında Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya qoşulmaq, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə əsasən gömrük tranzit sisteminin inkişafı üçün tədbirlər görmək vəzifəsini qoyub. Bu vəzifəni yerinə yetirmək üçün 5 dekabr 2017-ci il tarixində Oslo şəhərində Azərbaycana qeyri-rəsmi müşahidəçi statusu verilib.

Bildirilib ki, Azərbaycan Gömrük Xidməti Avropa İttifaqının Ümumi Tranzit Proseduru haqqında Konvensiyaya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmağı nəzərdə tutan layihəni həyata keçirir. Layihə çərçivəsində Avropa İttifaqının ekspert qrupu qanunvericilik, informasiya texnologiyaları və inzibati idarəetmə sahələrində zəruri olan tövsiyələri əhatə edən hərtərəfli təhlil aparıb.

İ.Hüseynov vurğulayıb ki, Azərbaycanın xarici ticarətinin inkişafı ilə əlaqədar qonşu dövlətlərlə mal dövriyyəsinin artması müşahidə olunur. Bununla əlaqədar, nəzərdə tutulan yeniliklərdən biri sərhəddə nəqliyyat vasitələrinin yarada biləcəyi sıxlıqların aradan qaldırılması üçün sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin keçidini tənzimləyəcək elektron növbə sisteminin yaradılmasıdır. Artıq bu sistemin tətbiq edilməsilə bağlı müvafiq işlər görülür.

Diqqətə çatdırılıb ki, Azərbaycan gömrük sistemində işin optimallaşdırılması, nəzarət mexanizminin təkmilləşdirilməsi və işin mərkəzləşdirilmiş qaydada təşkili üçün struktur islahatları da keçirilib. Gömrük orqanlarında mövcud kadr potensialının rasional şəkildə istifadəsi üçün əməkdaşların biliyinin qiymətləndirilməsinə də böyük önəm verilir.

Çıxışının sonunda DGK sədrinin birinci müavini İ.Hüseynov onu da bildirib ki, Türkdilli Dövlətlərin Gömrük Xidmətləri tərəfindən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır. Bu baxımdan, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gömrük xidmətləri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması Şuraya üzv dövlətlərin gömrük qanunvericiliyinin pozulması ilə mübarizə sahəsində əməkdaşlığının inkişafına yeni istiqamət verəcək.

Sonra iclasda İpək Yolu Təşəbbüsü və “Karvansaray” layihəsi ilə bağlı texniki görüşün və üzv dövlətlərin gömrük-sərhəd buraxılış məntəqələrinə səfərlərin təşkilinə dair müzakirələr aparılıb.

Tədbir zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq, tranzit sistemlərinin sadələşdirilməsi sahəsində əlaqələrin genişləndirilməsi, müvafiq milli və beynəlxalq təşkilatlarla birgə seminarların təşkil edilməsi məsələlərinə baxılıb.

Daha sonra üzv dövlətlər tərəfindən 2019-cu il ərzində təşkil ediləcək təlim proqramlarının cədvəli razılaşdırılıb və “Türk Şurası Müasir İpək Yolu Ticarət Karvanının Nümayiş Turu” adlı layihə barədə təqdimat nümayiş etdirilib.

Sonda isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin növbəti iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.

Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakıda mənzildən qadın meyiti tapılıb
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Loading Bars
Xəbər lenti
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezidenti İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Türkiyə sahillərində 5,1 bal gücündə zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 52 104 nəfər sağalıb
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" yarımfinalda
Minsk Azərbaycana Belarus üzərindən ABŞ-a uçuşlar təşkil etməyi təklif edib
Müqəddəs Ramazan ayı başladı
Ərazilərin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi vacibdir - ATƏT-in Minsk Qrupu
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır
İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı yenidən gimnastika yarışlarını qəbul edir
Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var (FOTO)
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir - Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub (VİDEO)
TAP vasitəsilə Yunanıstana qaz tədarükü razılaşdırılmış həcmi üstələyə bilər
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Azərbaycan XİN Hərbi Qənimətlər Parkı ilə bağlı Ermənistan XİN-in bəyanatına cavab verdi
Belarus bu il Azərbaycandan 1 milyon ton neft alacaq
Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda Hərbi Qənimətlər Parkı ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsidir - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib (FOTO)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Cəbrayıl və Qubadlıda 750-ə yaxın ağac əkilib (FOTO/VİDEO)
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ağdamı demək olar ki, yenidən qurmaq lazımdır - Almaniyalı tarixçi (VİDEO)
Balakən və Naftalanda nişan mərasimi keçirənlər cərimələnib (FOTO)
Ermənistan beynəlxalq hüquqa uyğun olaraq mina sahələrinin xəritələrini Azərbaycana təqdim etməlidir - Metyu Brayza (VİDEO)
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritetlərindən biridir - Deputat
Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi - Elçin Əmirbəyov (VİDEO)
Cəbrayıl rayonunun Sədi kəndi (VİDEO)
Aprelin 14-nə USD/AZN rəsmi məzənnəsi
Baş nazir Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Rinoplastika haqqında bilməli olduqlarınız
Ölməzlər – Füzuli uğrunda döyüşlərdə şəhid olan Amal Əhmədov (FOTO/VİDEO)
Ötən həftə azad edilmiş ərazilərdə tapılan minaların SAYI açıqlanıb
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
İkinci Qarabağ müharibəsinə yanaşma çağdaş dünyanın real mənzərəsini bir daha ortaya qoyur - Vüqar Rəhimzadə
Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin qayğısı ən yüksək səviyyədədir - Deputat
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)
Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var - Umayra Tağıyeva
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb
Prezident İlham Əliyev: Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar
170-dən çox jurnalist peyvənd olunub
Astarada kartof yükündən 213 kiloqramdan artıq heroin çıxdı (FOTO/VİDEO)
Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələndi (FOTO)
Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunun rektoru “İslah və təcdid” kitabının təqdimat mərasimində iştirak edib (FOTO)
Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb (FOTO)
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Bütün xəbərlər