Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərlə bağlı daha çox soruşulan BU SUALLARA cavab verdi

Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərlə bağlı daha çox soruşulan BU SUALLARA cavab verdi

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərlə bağlı yaranan suallara aydınlıq gətirib.

Palatadan Trend-ə verilən məlumata görə, “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə bağlı qaydalar hazırlanır. Qaydalar Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla birgə hazırlanır:

Sual: Fərmana əsasən kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur?

Cavab: Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin xarici valyutada olan əsas kredit borclarının qalıq məbləğlərinin cəmi devalvasiya baş verən tarixlərə (2015-ci il fevralın 21-i və (və ya) dekabrın 21-i) 10 000 ABŞ dollarından çox olmayan bütün növ (istehlak, biznes) təminatlı və təminatsız kreditlərinə şamil edilir.

Sual: Bir neçə bank üzrə əsas kredit borcunun məbləği ayrı-ayrılıqda 10 000 ABŞ dollarınadək olan, lakin ümumilikdə əsas borcu 10 000 ABŞ dollarından çox olan fiziki şəxslərə bu Fərman şamil olunurmu?

Cavab: Xeyr. Bu Fərman 1-ci (2015-ci il fevralın 21-i) və (və ya) 2-ci (2015-ci il dekabrın 21) devalvasiyaların tarixlərinə fəaliyyətdə olan və ya lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarından yuxarı olmayan fiziki şəxslərə şamil edilir.

Sual: Fərman kredit borcunu devalvasiyalardan öncə götürmüş və devalvasiyadan sonra ödəyib bitirmiş fiziki şəxslərə da şamil olunurmu?

Cavab: Bəli. Fərmana əsasən kredit borcunu devalvasiyalardan öncə götürmüş və devalvasiyadan sonra ödəyib bitirmiş fiziki şəxslərə müvafiq devalvasiya tarixlərində əsas kredit borcunun qalıq məbləğinə uyğun kompensasiya ödəniləcəkdir.

Sual: Əgər fiziki şəxs 2015-ci il fevralın 21-i tarixindən öncə 10 000 ABŞ dolları məbləğindən artıq kredit götürmüşdürsə, bu Fərman onlara şamil olunurmu?

Cavab: Əgər fiziki şəxsin 2015-ci il 21 fevral tarixindən öncə 10 000 dolları məbləğindən artıq götürdüyü kreditin əsas borc üzrə qalıq məbləği 2015-ci il 21 fevral və (və ya) 2015-ci il 21 dekabr tarixinə 10 000 ABŞ dollarından çox deyilsə, bu halda Fərman həmin şəxslərə şamil edilir.

Sual: Fiziki şəxs 21 fevral 2015-ci il tarixinə 10 000 dolları həcmində əsas borc üzrə qalığı olan kreditinin bir hissəsini (misal üçün: 2000 ABŞ dollarını) 2015-ci il 22 fevral – 21 dekabr tarixləri aralığında, qalan hissəsini isə (misal üçün: 8000 ABŞ dollarını) 2015-ci il 21 dekabr tarixindən sonra ödəmişdirsə, bu halda ona kompensasiya necə hesablanacaqdır?

Cavab: Bu halda kompensasiya 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə əsas kredit borcu üzrə qalıq məbləğlərə münasibətdə ayrılıqda hesablanacaqdır. Yəni, 2015-ci il 21 fevral tarixinə əsas kredit borcu üzrə qalıq məbləği 10 000 ABŞ dolları təşkil etdiyi üçün 2 500 manat, 2015-ci il tarixinə 21 dekabr isə əsas kredit borcu üzrə qalıq məbləği 8 000 ABŞ dolları təşkil etdiyi üçün 4 800 manat məbləğində, cəmi 7 300 manat məbləğində kompensasiya ödəniləcəkdir. Fiziki şəxslərin əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsini https://pk.fimsa.az/az/calculator linkinə daxil olmaqla hesablamaq mümkündür.

Sual: Fiziki şəxs devalvasiyalardan öncə götürdüyü 10 000 ABŞ dolları krediti üzrə ödənişlər etsə də, krediti tam bağlaya bilməmişdir. Bu halda, ona kompensasiya ödəniləcəkmi?

Cavab: Bəli, kompensasiya devalvasiyadan öncə götürülmüş, lakin devalvasiyadan sonra bağlanmış və ya hələ də ödənişi tam başa çatmamış bütün kreditlər üzrə verilir.

Sual: Fiziki şəxsin ödəmə müddəti keçmiş kredit borcu olduqda, ona kompensasiya - ödəniləcəkdirmi?

Cavab: Bəli. Lakin bu zaman kompensasiya, ilk növbədə, fiziki şəxsin fəaliyyətdə olan və (və ya) lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, artıq qalan məbləğ isə həmin fiziki şəxsə təqdim ediləcəkdir.

Sual: 2015-ci il 22 fevral - 2015-ci il 21 dekabr tarixləri aralığında əsas borcunun həcmi 10 000 ABŞ dolları məbləğinədək olan kredit müqaviləsi imzalamış və həmin aralıqda müvafiq kredit borcunu ödəmiş fiziki şəxs üçün hər hansı güzəştlər nəzərdə tutulurmu?

Cavab: Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. Müvafiq tarix aralığında devalvasiya baş vermədiyindən, fiziki şəxs onun iradəsindən asılı olmayaraq heç bir maliyyə itkisi ilə üzləşmədiyindən ona bu məqsədlə kompensasiya ödənilməsi nəzərdə tutulmur.

Sual: 2015-ci il 21 dekabr tarixindən sonra 10 000 ABŞ dollarınadək kredit götürmüş şəxslərə Fərman ilə hər hansı güzəşt nəzərədə tutulurmu?

Cavab: Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq onun üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. 2015-ci il 21 dekabr tarixindən sonra ölkədə devlavasiya baş vermədiyindən fiziki şəxs bu səbəbdən hər hansı maliyyə itkisi ilə üzləşməmişdir. Bununla əlaqədar olaraq, bu məqsədlə fiziki şəxslərə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır.

Bununla belə, həmin fiziki şəxsin 2019-cu il martın 1-i tarixinə kredit borcu üzrə gecikmə müddəti 360 gündən çoxdursa, banklar tərəfindən həmin şəxslərə əsas kredit borclarının restrukturizasiya olunması, bu kreditin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən güzəştli kreditlə əvəzlənməsi təklif olunacaqdır. Həmçinin, bu zaman həmin kreditlərə hesablanmış faizlərin və dəbbə pullarının (cərimə, penya) silinməsi nəzərdə tutulur.

Sual: Devalvasiya baş vermiş tarixlərdən sonra dollar krediti restrukturizasiya olunaraq manat kreditinə çevrilmiş fiziki şəxslərə Fərmana əsasən kompensasiya ödəniləcəkmi?

Cavab: Fiziki şəxsin 2015-ci il 21 fevral və (və ya) 21 dekabr tarixlərinə xarici valyutada əsas kredit üzrə qalıq borcu 10 000 ABŞ dollarından çox olmadıqda, onlara müvafiq kompensasiyalar ödəniləcəkdir.

Sual: Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya avro və rubl kreditlərinə də şamil olunurmu?

Cavab: Bəli. Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya bütün xarici valyutada olan kreditlərə şamil edilir. Bu zaman kompensasiya ödənişi həmin kreditlərin valyutalarının 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə, restrukturizasiya isə 2019-cu il 1 mart tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla həyata keçirilir.

Sual: Hansı kredit borclarının restrukturizasiya olunacağı nəzərdə tutulur?

Cavab: Borcun xarici valyuta və ya manatla alınmasından asılı olmayaraq, 2012-ci il yanvar 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödənişi 360 gündən çox gecikdirilmiş kreditlərin restrukturizasiyası nəzərdə tutulmuşdur.

Sual: Manatla krediti olanlara hər hansı güzəşt nəzərdə tutulurmu?

Cavab: 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə milli valyutada əsas borcun qalıq məbləğinin cəmi 17 000 manatadək olan və 360 gündən çox gecikdirilmiş kreditlər restrukturizasiya olunacaqdır.

Sual: Fərmana əsasən kreditlərin restrukturizasiyası nəyi nəzərdə tutur?

Cavab: Fərmana əsasən kreditlərin restrukturizasiyası 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödəniş müddəti 360 gündən çox gecikdirilmiş kreditlər üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsini və həmin kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti ilə) verilən yeni kreditlə əvəzlənməsinə dair bankla fiziki şəxs arasında yeni kredit müqaviləsinin bağlanmasını nəzərdə tutur.

Sual: Fərmanın qüvvəyə mindiyi tarixə işi məhkəmələrdə olan və ya icra sənədi üzrə icraata daxil olan fiziki şəxslərin kredit borcları üzrə problem necə həll olunacaq?

Cavab: 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək fiziki şəxslərin bütün valyutalarda bağlanmış kredit müqavilələri üzrə 2019-cu il mart 1-i tarixinə əsas kredit borcu 10 000 ABŞ dolları və ya 17 000 manatdan çox olmayan və 360 gündən çox gecikməsi olan kreditləri üzrə məhkəmədə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

Sual: Güzəştlərin əldə edilməsi üçün fiziki şəxslər hansı addımları atmalıdır? Fiziki şəxslər banklara müraciət etməlidirlərmi?

Cavab: Fiziki şəxslərin banklara müraciət etməsinə zərurət yoxdur. Hazırda güzəştlərdən faydalanacaq müştərilərin siyahısı hazırlanır. Banklar bu siyahılar üzrə öz müştərilərinə müraciət edəcəkdir. Eyni zamanda, hər bir fiziki şəxs kompensasiya ödənişləri ilə bağlı yaradılacaq reyestrdə öz adının olub-olmamasını yoxlaya biləcəkdir.

Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Loading Bars
Xəbər lenti
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək
Yaddaşlarda qalan alim-pedaqoq
Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur - Kamaləddin Qafarov
Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurub
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO/VİDEO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb (VİDEO)
Belə getsə, Minsk qrupundan imtina etməyə məcbur olacağıq - Deputat
Balakəndə tənha qadının evinə silahlı basqın edildi (FOTO)
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib - Səttar Möhbalıyev
Ötən gün evini tərk edən daha 17 koronavirus xəstəsi saxlanıldı
Ucarda ər arvadını qətlə yetirdi
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi (VİDEO)
Aprel ayı üzrə pensiyaların ödənişi tam başa çatıb - DSMF
Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib
Bütün xəbərlər