Bakı. Trend:
"Honda" avtomobil konserni 2021-ci ildə Türkiyədə fəaliyyət göstərən zavodunu bağlayacaq. Trend-in məlumatına görə, bu barədə şirkətin yaydığı xəbərdə bildirilib.
Bu qərarın şirkətin ölkədəki diller mərkəzlərinin işinə təsir etməyəcyi bildirilir.
Şirkət yeni strategiya ilə bağlı belə bir qərarın qəbul edildiyini bildirib.
Qeyd edək ki, bu zavod Kocaeli vilayətində yerləşir. Zavod 1997-ci ildə açılıb.