...

OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub

İqtisadiyyat Materials 11 Aprel 2019 13:51 (UTC +04:00)
OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.
OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub

Bakı. Trend:

OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, buraxılışda “OPEC və qeyri-OPEC neft sənayesinin beşiyini ziyarət etdi”, “OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq”, “Azərbaycan: tarix və müasirlik məkanı” başlıqlı məqalələr yer alıb.

Məqalələrdə Azərbaycanın dünya neft sənayesi tarixində rolu, OPEC təşkilatı ilə 1992-ci ildən başlayan əlaqələrin 2016-cı ildən etibarən yeni mərhələdə inkişafı, neft bazarının tənzimlənməsi prosesində ölkəmizin davamlı dəstəyi, intensiv əməkdaşlığı, “OPEC plus” çərçivəsində tədbirlərdə mütəmadi iştirakı kimi məqamlara diqqət yetirilib. Bakıda "OPEC plus" tədbirlərinin yüksək səviyyədə keçirildiyi qeyd olunub.

“Qlobal miqyaslı dövlət adamı və uzaqgörən lider kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu illər ərzində OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə rəğbətimizi yetiririk” deyə, dövlət başçısının rolu xüsusi vurğulanıb. Nazirlərin Birgə Monitoriq Komitəsinin 13-cü iclasında səsləndirilən çıxışlardan sitatlar gətirilib. Bülletendə, həmçinin ölkəmizin tarixi, coğrafi mövqeyi, əhalisi, neft-qaz ehtiyatları və beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də 26-28 apreldə keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatlar əksini tapıb.

Buraxılışın tam versiyası ilə BURADA tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti