...

Elxan Ələkbərov: "4S" şirkəti olaraq "Caspian Agro" sərgisində innovativ yeniliklər təqdim edəcəyik (FOTO/VİDEO)

İqtisadiyyat Materials 13 May 2019 15:10 (UTC +04:00)
15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü "Caspian Agro" sərgisi keçiriləcək
Elxan Ələkbərov: "4S" şirkəti olaraq "Caspian Agro" sərgisində innovativ yeniliklər təqdim edəcəyik (FOTO/VİDEO)

Bakı. Trend:

Hər il olduğu kimi, bu il də 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü "Caspian Agro" sərgisi keçiriləcəkdir. Azərbaycanın aqrar sektorunun ən iddialı şirkətləri sırasına qısa müddət ərzində daxil olan 4S şirkəti olaraq artıq ikinci dəfə bu sərgidə iştirak edəcəyik.

4S şirkətinin direktoru Elxan Ələkbərov qeyd etdi ki, bu il biz rəsmi tərəfdaşımız olan Almaniyanın "CLAAS" şirkətinin əsas yeniliyi olan yüksək keyfiyyətli yem tədarükündə əvəzedilməz "JAGUAR" silosbiçən kombaynının imkanlarını nümayiş etdirmək üçün onu həm canlı olaraq göstərəcəyik, həm də kombaynı idarə etmək istəyənlərə 3D eynəkləri vasitəsi ilə xüsusi virtual tur imkanı yaradacayıq. Siz özünüzü kombaynın daxilində hiss edəcək, onun aqreqatları və mühüm funksiyalarına sözün hərfi mənasında “toxuna” biləcəksiniz. Əminəm ki, bu səyahət sizin üçün unudulmaz olacaq.

Bununla paralel, AQROSALON 2018 sərgisinin bürünc mükafaçısı olan texnikanın məsafədən diaqnostikasını həyata keçirən CLAAS REMOTE SERVICE (CRS) proqramını təqdim edəcəyik, bu yenilik bu ildən başlayaraq AXION traktorunda, həm JAGUAR silosbiçən kombaynında, həm də digər texnikalarda tətbiq ediləcəkdir. Bu proqramın üstünlüyü ondan ibarətdir ki, ekspluatasiya və diaqnostika ilə bağlı məlumatları servis mərkəzinə ötürərək yarana biləcək problemləri dəfələrlə tez həll etməyə imkan verir. Bu texnologiyanı biz CLAAS stendindəki EASY rəqəmsal həllər zonasında təqdim edəcəyik. Siz stendimizdə eyni zamanda həm GPS naviqasiya terminalları və TELEMATICS tətbiqi ilə tanış ola biləcəksiniz.

Daha bir diqqətçəkən məqam sərgidə yüksək keyfiyyətli yem tədarükü üçün texnikaların təqdimatı, NEXOS bağ və üzümçülük üçün nəzərdə tutulmuş traktoru, ROLLANT UNIWRAP press bağlayıcısı, geniş çaplı DISCO 9200 və 3200 qoşmaları, AXION 850 modelli traktorun istismarı incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya almaq imkanı olacaqdır.

Elxan Ələkbərov onu da vurğulayıb ki, 4S şirkəti olaraq digər rəsmi tərəfdaşımız olan ABŞ-nın LINDSAY şirkətinin stendində müasir suvarma avadanlığı ilə bağlı innovativ həllər, məsafədən idarəetmə sistemlərini nümayiş etdiriləcəyik. Xüsusən ekspertlərimidən FieldNET distant idarəetmə sistemi ilə bağlı ətraflı məlumat almaq mümkün olacaqdır ki, burada sektorunda ilk dəfə olaraq LINDSAY şirkəti öz dairəvi suvarma sistemlərini idarə edən naqilsiz şəbəkəsini təqdim edəcəkdir. FieldNET üstünlükləri bununla bitmir, daha detallı məlumat üçün stendimizi ziyarət etməyi tövsiyə edirəm.

LINDSAY şirkətinin daha bir məhsulu olan – Pivot Control innovativ kontrolleri mövcud olan istənilən elektrik pivot suvarma sistemini modernləşdirə və universallaşdıra biləcək unikal bir həlldir. Bu platformanın tətbiqi ilə idarə etmə rahatlaşır, effektivlik isə bir neçə dəfə artır.

Açıq pavilionda isə biz "4S" şirkəti olaraq əməkdaşlıq etdiyimiz digər brendlərdən İspaniyanın ID-DAVID, Almaniyanın AMAZONE şirkətlərinə məxsus kənd təsərrüfatı avadanlıqları nümayiş etdiriləcəyik. Biz Sizi, 15-17 may tarixlərində Bakı Ekspo mərkəzində bizim stendləri ziyarət etməyə dəvət edirik.

Əlaqə üçün:

“4S” MMC

Səbayıl dairəsi Salyan yolu 14

Əlaqə: *3131

FB: https://www.facebook.com/ssss.az/

[email protected]

www.ssss.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti