...

Gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil bazası yaradılıb

İqtisadiyyat Materials 13 May 2019 16:45 (UTC +04:00)
Gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil - «CLiKC! e-Learning» bazası yaradılıb
Gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil bazası yaradılıb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsində (DGK) gömrük xidmətinin potensialının gücləndirilməsi məqsədi ilə elektron təhsil - «CLiKC! e-Learning» bazası yaradılıb və ümumi tədris prosesinə inteqrasiya olunub.

Komitədən Trend-ə verilən məlumata görə, yaradılan lokal və uzaq məsafədən elektron təhsil sistemi gömrük əməkdaşları və və Dövlət Gömrük Akademiyasının tələbələri üçün nəzərdə tutulub.

Azərbaycan Respublikası DGK-nin elektron tədris platforması kursları üzrə aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçmək olar. http://customs.gov.az/az/ faydali/innovativ-layiheler/ clikc/

Qeydiyyatdan keçən tələbələrə login, şifrə və platformadan istifadə qaydalarına dair kitab təqdim olunur.

Tələbələrin çoxsaylı xahişlərini nəzərə alaraq "e-learning CLIKC Azerbaijan" platformasına uzaqdan (distant) qoşulmanı və imtahan vermə imkanı yaradılıb. Qeyd edək ki, bu platformanın Mob App versiyasıda fəaliyyət göstərir. İstənilən tələbə Moodle proqramını yükləyərək URL, login və şifrə yazaraq platformadan mobil telefon vasitəsi ilə rahat istifadə edə bilər. (Moodle - öyrənmə idarəetmə sistemi və ya virtual öyrənmə mühiti kimi tanınan bir kurs idarəetmə sistemidir. Bu pulsuz bir web proqramıdır).

İlk dəfə 2019-cu ilin mart ayı ÜGT-nin təqdim etdiyi "Integrity" dərs paketi ilə "Basic Customs Course of "e-Learning" kursuna başlanılıb. Aprel ayında isə "Intermediate Customs Course" kursu üzrə "Təşkilatda yoluxucu korrupsiya: dərketmə və sosial psixologiyası (The Cognitive and Social Psychology of Contagious Organizational Corruption)" Gömrük qaydaları (prosedurları) və məsuliyyət (Customs Regulations (Procedures) and Responsibility) dərs paketləri ilə davam edilib.

Aşağıdakı linkdən istifadə edərək platformaya giriş əldə etmək olar. https://clikc.customs.gov.az/

Qeyd edək ki, layihənin əsas məqsədi yaradılan lokal və uzaq məsafədən (distant) elektron təhsil sistemini gömrük əməkdaşları və Gömrük Akademiyasının tələbələri üçün əl çatan və innovatik etməkdir. Belə ki, tələbələr müasir İT texnologiyalardan istifadə etməklə etibarlılıq qazanacaq, öz işlərinə daha da peşəkar yanaşacaqlar.

Bu layihəyə ilk dəfə Azərbaycanda DGK-nin təşkilatçılığı ilə başlanılıb, görülən işlər tələbələrin və əməkdaşların böyük marağına səbəb olub. Bildirək ki, tələbələr artıq bu platformadan istifadə edirlər və "Learning CLiKC Azerbaijan" platformasına yeni kursların əlavə edilməsi üçün müraciət ediblər. Hazırda 200-dən çox tələbə qeydiyyatdan keçib.

Tələbələr elektron kitabxanadan istifadə etməklə gömrük, onlara aid olan bölmələr haqqında daha geniş məlumata malik olacaq, təcrübə qazanacaq və biliklərini daha da artıracaqlar. Savadlı əməkdaşların daha üstün olduğunu nəzərə alsaq bu platforma onlara karyeralarında irəliləmək üçün daha çox şans, üstünlük deməkdir. Bu üstünlük tələbələrdə bu platformaya olan marağı və sayı artırır. Bu prosesin elektron həyata keçirilməsi təhsili daha da əl çatan edir, ən əsası isə buradakı kitabları hər yerdən əldə etmək mümkün deyil və bu platformanın əsas üstünlüyü ödənişsiz olmasıdır.

Qeyd edək ki, tələbələrdə motivasiyanı artırmaq üçün kursu bitirən və imtahandan uğurla keçən tələbələrin rəhbərliyinə təşəkkür məktubu yazılır, DGK tərəfindən Sertifikat verilir və həmin sertifikatları Şəxsi uçot vərəqəsinə (daxili HR platforması) əlavə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti