...

İranın Ticarət Palatasının baş katibi Azərbaycana səfərə gəlib

İqtisadiyyat Materials 2 İyul 2019 16:48 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının baş katibi Əlirza Əşrəf bu gün Azərbaycana səfər edib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfərdə Ə.Əşrəfi İran parlamentinin Proqram və Büdcə Komissiyasının üzvləri müşayiət edirlər.

İranlı heyətin iqtisadiyyat naziri Şahin Mustafayev və Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşü nəzərdə tutulub.

Nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yaxından tanış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti