...

Nazir və müavinlərinin vətəndaşlarla görüş vaxtı dəyişib

İqtisadiyyat Materials 5 İyul 2019 18:53 (UTC +04:00)
Nazir Sahil Babayevin Göyçay, müavinlərinin İsmayıllı və Ağsu rayonlarında keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Nazir və müavinlərinin vətəndaşlarla görüş vaxtı dəyişib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Göyçay, müavinləri Anar Kərimovun İsmayıllı və Mətin Kərimlinin Ağsu rayonlarında vətəndaşları qəbul gününün tarixi iyulun 26-na dəyişdirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyulun 23-dək qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti