...

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artıb

İqtisadiyyat Materials 17 İyul 2019 12:11 (UTC +04:00)
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 3.228,1 manat təşkil edib.
Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 3.228,1 manat təşkil edib.

Trend-in məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Belə ki, 2018-ci ilin ilk yarısında ölkədə adambaşına düşən ÜDM-in artım tempi əvvəlki ilin eyni dövrünə nisbətən cəmi 0,4 faiz təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 37,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ÜDM istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti