...

İran qaz istehsalını artırıb

İqtisadiyyat Materials 17 Avqust 2019 14:59 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın Şərq Neft-Qaz İstismarı Şirkəti istehsalı cari ilin əvvəlindən indiyədək 103% artırıb.

Bunu İranın Şərq Neft-Qaz İstismarı Şirkətinin icra direktoru Əbülhəsən Məhəmmədi deyib. Ə.Məhəmmədinin sözlərinə görə, ötən il ümumilikdə qaz istehsalı 100% artmışdı:

“Hazırda şirkətdə gündəlik 62 milyon kubmetr qaz istehsal olunur. Bu qədər qazın istehsalı gündəlik 350-400 min barel neftə bərabərlik edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti