• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat

DGK sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb

19 Noyabr 2019 17:49 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev BP şirkəti ilə gömrük orqanları arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların gömrük sistemində idarəetmənin təkmilləşdirilməsi, gömrük pro­se­durlarının sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması istiqa­mə­tin­də uğurların əldə olunmasına şərait yaratdığını vurğulayıb, informasiya texnolo­gi­ya­larının tətbiqi, risklərin idarə edilməsi, avtomatlaşdırılmış idarəetmə sistemi sahəsində Azərbaycan gömrüyünün artıq nümunəvi təcrübəyə sahib olduğunu diqqətə çatdırıb.

Komitə sədri aparılan islahatların müsbət nəticələri barədə məlumat verərək, son iki il ərzində 2 milyard manata yaxın əlavə vəsaitin dövlət büdcəsinə ödənildiyini diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, Azərbaycan Gömrük Xidmətinin son illər əldə etdiyi əsas uğurlardan biri də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Belə ki, son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Daha sonra S.Mehdiyev Azərbaycan gömrük sistemində aparılan son islahatların nəticəsi olaraq Azərbaycan istənilən dövlətlə qarşılıqlı güzgülü statistika aparıla biləcəyini də bəyan edib və dövlətlərarası ticarət dövriyyəsinin düzgün həyata keçirlməsinin, ilkin məlumat mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Komitə sədri “Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını qeyd edib.

Qeyd edilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin idxal-ixrac əməliyyatlarında payı yüksəkdir.

Səmimi görüşə görə təşəkkür edən BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyons BP şirkətinin Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan əlaqələrindən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna roluna toxunan baş direktor Azərbaycanın gömrük xidmətindəki yenilikləri, aparılan islahatları və şəfaflığı yüksək qiymətləndirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Dövlət Gömrük Komitəsi
Digər xəbərlər
Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşulub (FOTO)
Cəmiyyət 6 Dekabr 19:47
DGK “Elektron növbə” layihəsinin tətbiqinə başlayıb (VİDEO)
İqtisadiyyat 6 Dekabr 17:54
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
İqtisadiyyat 6 Dekabr 17:48
Xidmət iti sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı
Hadisə 5 Dekabr 20:58
Daxili orqanında 142 metadon həbi aşkar edildi
Hadisə 5 Dekabr 19:43
Gürcüstandan gələn avtomobildə narkotik aşkarlanıb
Hadisə 5 Dekabr 16:11
Xəbər lenti
Radikalların boykot taktikası və bu taktikanın arxasındakı planların uğur şansı sadəcə yoxdur - Siyasi ekspert
Siyasət 10:34
“Solğun çiçəklər” tamaşasının premyerası oldu (FOTO)
Mədəniyyət 10:28
650 min ağacın əkilməsi təşəbbüsü Yardımlının daha da gözəlləşməsinə səbəb olacaq - İcra başçısının müavini
Cəmiyyət 10:23
Azər Əliyev: Azərbaycanın sığorta bazarı dinamik artım perspektivinə malikdir
Maliyyə 10:14
Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı
Siyasət 10:04
İranda qar səbəbilə məktəblər bağlandı (FOTO)
Dünya xəbərləri 09:59
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı (FOTO)
Hadisə 09:51
Qida məhsullarının etiketləri haqqında nə bilirik?
Gündəm 09:45
Cəbhədə atəşkəs 24 dəfə pozuldu
Dağlıq Qarabağ Münaqişəsi 09:39
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir - Elşad Məmmədov (VİDEO)

Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir - Elşad Məmmədov (VİDEO)

650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
Deputat: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri