...

Şəhər və rayonlarda avtobus parklarının yenilənmə prosesi başlayıb

İqtisadiyyat Materials 26 Noyabr 2019 11:51 (UTC +04:00)
Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb.
Şəhər və rayonlarda avtobus parklarının yenilənmə prosesi başlayıb

Bakı. Samir Əli - Trend:

Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Trend-ə verilən məlumata görə, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər.

Respublika üzrə yaşı (istismar müddəti) 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faiz-ə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti