...

Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımaların həcminin artırılması müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 5 Dekabr 2019 19:21 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb.

Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti