...

Turistlərin sevərək aldığı "Ulduz Şokolad fabriki"nin şokolad qutularını siz də tanıyın (FOTO)

İqtisadiyyat Materials 17 Yanvar 2020 15:26 (UTC +04:00)
Qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən biri olan Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki müştərilərinə yeni və premium kateqoriya olan hədiyyəlik şokolad qutularını təqdim edir.
Turistlərin sevərək aldığı "Ulduz Şokolad fabriki"nin şokolad qutularını siz də tanıyın (FOTO)

Bakı. Trend:

Qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən biri olan Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki müştərilərinə yeni və premium kateqoriya olan hədiyyəlik şokolad qutularını təqdim edir.

“Azerbaijan Chocolate” və “I love Azerbaijan Chocolate” adlanan hədiyyəlik qutular Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuşdur. Hər iki qutunun daxilində mərkəzdə Azərbaycan Respublikasının xəritəsi yer alır, kənarlardakı şokoladlar üzərində Azərbaycanın tarixi və müasir memarlıq abidələri olan – Qız Qalası, Möminə Xatun türbəsi, Alov Qüllələri, Hökumət evi – yer alıb.

Məhsullar Azərbaycanımızın tanıtımına xidmət etməklə yanaşı, hər bir vətəndaşımızın fəxrlə həm ölkədaxili həm də xaricə hədiyyə aparacağı bir suvenir olacaqdır.

Hər iki qutuda istehlakçıların diqqətinə yüksək keyfiyyətli südlü və tünd şokoladlar təqdim olunur.

I Love Azerbaijan qutusunda əlavə olaraq, “gianduya” – italyan resepturasına əsasən Azərbaycan fındığı ilə ürək formalı şokolad məhsulları da yer alır.

Ulduz Şokolad Fabriki dünyanın şokolad eksperti sayılan Belçikanın “Barry Calebaut” firması ilə əməkdaşlıq edir, bununla da istehlakçılara xalis şokoladın ləzzətini təqdim edir.

Əminliklə deyə bilərik ki, keyfiyyət və ləzzətin vəhdəti olan premium qutular həm doğmalarınızın həm də əcnəbi qonaqlarınızın yaddaşından silinməyəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti