...

STP-nin Bəyanatı: STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub

İqtisadiyyat Materials 11 İyul 2020 13:07 (UTC +04:00)
STP-nin Bəyanatı: STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub

Bakı. Trend:

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov işdən azad olunub.

MMC-dən Trend-ə verilən məlumata görə, E.Məmmədov öz xahişi ilə iyulun 17-dən etibarən tutduğu vəzifədən azad olunacaq.

Müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur.

"STP olaraq Emin Məmmədova gələcək peşəkar fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzu edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti