...

Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib

İqtisadiyyat Materials 3 Dekabr 2020 17:27 (UTC +04:00)
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib

Bakı. Trend:

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edilən əmlak həm də dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə) veriləcək.

Trend-in məlumatına görə, bu barədə məlumat Prezident İlham Əliyevin “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana edilən dəyişiklik haqqında fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti