...

bp Azrbaycanda keçirilən “InnoWeek - İnnovasiya Həftəsi” tədbirinə dəstək verir

İqtisadiyyat Materials 18 Dekabr 2020 15:46 (UTC +04:00)
bp Azrbaycanda keçirilən “InnoWeek - İnnovasiya Həftəsi”  tədbirinə dəstək verir

Bakı. Trend:

bp hazırda Azrbaycanda keçirilən “InnoWeek - İnnovasiya Həftəsi” (14-19 dekabr 2020-ci il) tədbirinin sponsoru olmaqdan çox məmnundur. Biz bu tədbirin çərçivəsində baş tutan “World Net Summit” beynəlxalq konfransını artıq 2-ci dəfədir dəstəkləyirik. Layihənin məqsədi ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.

bp bu sponsorluğu təhsilin inkişafına, bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə o cümlədən, innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru fəaliyyəti istiqamətləndirəcək və ölkədəki texnoloji inkişaf və yeniliklərə töhfə verəcək yeni nəsil mütəxəssislərin yetişdirilməsi səylərinə dəstəyi çərçivəsində həyata keçirir.

Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı və ölkədə fəaliyyət göstərən ən böyük investorlardan biri kimi bp çox sayda iri sosial investisiya layihələrinə dəstək verir. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.

Təkcə bu ilin birinci üç rübü ərzində bp müxtəlif sosial layihələr vasitəsilə ölkəyə 4,1 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Buraya COVİD-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə bp-nin 3 milyon ABŞ dolları həcmində töhfəsi də daxildir. Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyaların xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100000 ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımı laborator sərfiyyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyyəsi üçün nəzərdə tutulmuş 3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib. Bu dəstəyin məqsədi ölkədə COVİD-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə bp-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100000 AZN-dən çox vəsait və bp Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb.

bp-nin sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda bp şirkətinin www.bp.com/azerbaijan vebsaytına müraciət etmək olar.

“InnoWeek - İnnovasiya Həftəsi” haqqında www.innoweek.az saytından məlumat ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti