...

BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq

İqtisadiyyat Materials 4 Mart 2021 15:51 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

“ADY Konteyner” şirkəti Orta Asiyadan yüklərin cəlb edilməsi və ölkəmizin ərazisindən keçməklə dəmiryolu ilə Türkiyə və Avropaya nəqli istiqamətində fəaliyyətini davam etdirir.

Trend xəbər verir ki, hazırda Özbəkistanın paytaxtı Daşkənddən Türkiyənin İskəndərun şəhərinə gedən 10, Özbəkistanın digər şəhəri Buxaradan Mersinə istiqamət götürən 30 konteyner yoldadır. 40 və 45 futluq konteynerlər Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra fider gəmisinə yüklənərək Bakı limanına gətiriləcək. Daha sonra konteynerlər Bakı-Tbilisi-Qars dəmir (BTQ) yolu ilə Türkiyəyə çatdırılacaq.

Buxaradan yola çıxan daha 15 konteyner isə Bolqarıstana istiqamət götürüb. Bu konteynerlər Türkmənbaşıdan Bakıya çatdırıldıqdan sonra Gürcüstanın Qara dənizdəki limanlarından birinə yola salınacaq. Oradan isə dəniz xətti ilə Bolqarıstana aparılacaq. Özbəkistandan Azərbaycana isə idxal yüklərinin daşındığı 17 konteyner çatdırılacaq. Konteynerlərin təyinat stansiyası Hacıqabuldur.

Yaxın günlərdə Özbəkistandan Türkiyə və Avropa istiqamətində daha 56 konteynerin dəmir yolu ilə daşınması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti