...

“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik təsdiqləndi

İqtisadiyyat Materials 9 Mart 2021 18:46 (UTC +04:00)
“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Trend xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

“14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti