...

Azərbaycanda "Apple Pay" və "Google Pay" kimi sistemlər işə salına bilər

İqtisadiyyat Materials 6 Aprel 2021 12:40 (UTC +04:00)
Azərbaycanda "Apple Pay" və "Google Pay" kimi sistemlər işə salına bilər

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Mərkəzi Bankı innovasiyaların tətbiqi ilə bağlı xarici ödəniş sistemləri ilə danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Baku Transit Forum 2021: Smart City" adlı onlayn tədbirdə deyib.

O bildirib ki, Azərbaycanın cari infrastrukturu "Apple Pay" və "Google Pay" kimi ödəniş sistemlərinin tətbiq olunmasına imkan verir.

F.Osmanovun sözlərinə görə, bu, birbaşa Azərbaycandan asılı deyil. O əlavə edib ki, həmin sistemlər Azərbaycanda artıq bu ildən işə salına bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti