...

İşğaldan azad olunmuş ərazilərdə yeni su kanallarının tikintisi nəzərdən keçirilir

İqtisadiyyat Materials 23 İyun 2021 13:32 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərdə yeni su kanallarının tikintisi nəzərdən keçirilir

Bakı. Elçin Mehdiyev - Trend:

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı əsas istiqamətlərdən biridir. Bu baxımdan, suvarma suyu ilə təminat prioritet təşkil edir. Bunun üçün biz əlavə tədbirlər də görəcəyik.

Trend-in məlumatına görə, bunu Ağdamda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə deyib.

Ş.Mustafayevin sözlərinə görə, yeni kanalların tikintisi də nəzərdən keçirilir: "Məsələn, Araz çayı üzərində Qız qalası su anbarı inşa olunub. 2016-cı ildən İran İslam Respublikası ilə imzalanmış saziş əsasında həm Xudafərin, həm Qız qalası su anbarında 50 faiz pay Azərbaycanındır. Azərbaycanın Qız qalası su anbarından yeni su kanalı tikmək və anbardan saniyədə 50 kubmetr su götürmək hüququ var. Bu məsələyə də baxılacaq. Layihələndirmə işlərinə də başlayacağıq ki, suvarmanın təminatı üçün bu imkanlardan istifadə edək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti