Taleh Tahirli: Məsafədən satış potensialımızla çox iddialıyıq

Taleh Tahirli: Məsafədən satış potensialımızla çox iddialıyıq

Bakı. Trend:

Ölkənin ən böyük bankı bu günlərdə əhəmiyyətli dəyişikliyə qərar verdi. Azərbaycan Beynəlxalq Bankı bundan sonra fəaliyyətinə ABB brend kimliyi ilə davam edəcək. Bu maliyyə qurumunda başqa hansı transformasiya prosesləri baş verir? ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli ilə söhbətimiz bu sual ətrafında olacaq.

-Bank öz brend kimliyini niyə dəyişdi?

-Bu addım son illər ABB-də həyata keçirilən transformasiya proseslərinin məntiqi davamıdır. Biz öz brend kimliyimizi 30 il ərzində formalaşmış dəyərlərimiz, təcrübə və inam üzərində yeniləyirik. ABB adı ilə Bankın həyatında yeni bir inkişaf dönəmi başlanır. Bu ad indiyə qədər əldə etdiyimiz nailiyyətlərimizi və gələcək hədəflərimizi özündə bir araya gətirir.

-Bu yeni dövrün aparıcı inkişaf istiqamətləri, əsasən, nələr olacaq?

-Bu dönəmdə biz daha çox texnologiyaların inkişafı və rəqəmsallaşma, müştəri xidmətlərimizin inkişafı, biznes-modelinin yenilənməsi, istedadların cəlbi və yetişdirilməsi, eyni zamanda yeni strateji əməkdaşlıqların qurulmasına doğru irəliləyirik. Başqa qurumlarla sıx əməkdaşlıq hesabına müştərilərimizə ənənəvi bank xidmətləri ilə bərabər, əlavə fayda və rahatlıq yaradan yeni xidmətlər də göstərəcəyik. Bu məqsədlə artıq bir neçə strateji partnyorumuzla danışıqlara başlamışıq.

-Burada rəqəmsal inteqrasiya, yəqin ki, aparıcı yer tutur. Müştərilər bundan necə faydalanacaqlar?

-Rəqəmsal təcrübə bu günün müştərisinin həyatına dəyər qatır. Getdikcə daha çox müştəri bu imkanlardan faydalanmağa başlayır. Bunu ABB-nin gündəlik fəaliyyətində də görürük. Korporativ müştərilərimizin hazırda apardıqları əməliyyatların təxminən 90%-i İnternetBank vasitəsilə yerinə yetirilən əməliyyatların payına düşür. Yeri gəlmişkən, bu ilin sonuna kimi korporativ müştərilərimiz üçün tamamilə yenilənmiş İnternetBank sistemimizi istifadəyə verəcəyik. Eyni tendensiya pərakəndə bankçılıqda da özünü göstərir. Ötən il təxminən elə bu vaxtlar yenilənmiş ABB mobile tətbiqimizi müştərilərimizə təqdim etdik. Tətbiq 1.5 milyon dəfədən çox yüklənib. Bir il ərzində tətbiqdə qeydiyyatdan keçmiş müştərilərimizin sayı 500 minə çatıb. Bunlar onu göstərir ki, müştərilərimizin rəqəmsal təcrübələri getdikcə artır. Eyni zamanda onlar bu təcrübələrindən irəli gələrək indi vahid bir platforma axtarışındadırlar. Dünya trendi də ona doğru gedir ki, insanlar bir platforma üzərindən müxtəlif ehtiyaclarını qarşılamaq, həmçinin əlavə imkanlar, üstünlüklər qazanmaq istəyirlər. Biz bu istəyi əsas götürüb inkişaf layihələrimizi həyata keçiririk. Məqsədimiz budur ki, müştərilərimiz çox rahatlıqla həm lazımi maliyyə xidmətlərini əldə edə bilsinlər, həm də əlavə faydalar qazansınlar.

-ABB mobile tətbiqi ilə bağlı əsas planlar nədən ibarətdir?

-ABB mobile tətbiqi müştərilərimizlə əsas kommunikasiya kanallarımızdandır. Bu tətbiqi 100 nəfərə yaxın təcrübəli, gənc və çevik əməkdaşımızdan ibarət komanda ilə yaratmışıq. Tətbiqlə bağlı strategiyamızın ilk addımı müştərilərimiz üçün ABB mobile üzərindən fasiləsiz və sürətli rəqəmsal bankçılıq həllini təmin etmək idi. Buna nail olduq, indi gün ərzində yüz minlərlə istifadəçi bu tətbiqlə bank əməliyyatlarını yerinə yetirir. Statistikanı diqqətlə izləyirik, əməliyyatların 99.4%-i heç bir texniki problem yaranmadan həyata keçir. ABB mobile tətbiqinə hər ay 60 mindən çox yeni istifadəçi qoşulur. Maraqlı bir məqamı da diqqətinizə çatdırım: həm App Store-da, həm də Play Market-də mobil tətbiqimizi 50 mindən çox istifadəçi qiymətləndirib. Reytinq göstəricilərimizlə biz hər iki platformada lider mövqeyindəyik. Qarşıya qoyduğumuz hədəfə nail olmuşuq və bu nailiyyəti qorumağı bacarırıq. Təbii ki, bu məsələdə əsas köməyimiz müştərilərimizin rəyləridir, onların bölüşdüyü təcrübələridir.

-Bunu necə öyrənirsiniz?

-Müştəri məmnuniyyəti səviyyəsinin ölçülməsi bizim üçün çox mühümdür. Ötən il bu məqsədlə aparılan araşdırma zamanı müştəri məmnuniyyəti səviyyəsini müəyyənləşdirən NPS indikatorunun ABB-də 55%-ə yüksəldiyi məlum oldu. Bu, bizim strateji dövrdə qarşıya qoyduğumuz 60%-lik NPS hədəfinə çox yaxındır. NPS tədbirlərinin bir hissəsi kimi ABB mobile tətbiqinin hər bir istifadəçisi də müştəri məmnuniyyəti sorğusu alır. Nəyi daha da təkmilləşdirə bilərik sualını onlara təqdim edirik. Gələn cavablar bizim yol xəritəmizin mühüm hissəsidir. Tətbiqdən istifadə zamanı hər hansı problem yaşandıqda müştərilərimiz bunu bir toxunuşla bizə bildirir, problem həll olunduqdan sonra isə bu barədə onlara məlumat göndərilir. Strategiyamızın növbəti hədəflərindən biri də rəqəmsal satış və xidmətlərin payını sürətlə artırmaqdır. Məsafədən satış potensialımızla çox iddialıyıq.

-Bu potensialdan istifadə üçün müştərilərə yeni nələr təqdim edəcəksiniz?

-Müştərilərimiz kredit və debet məhsulları ilə bağlı ehtiyaclarını evlərindən çıxmadan az müddət ərzində qarşılaya biləcəklər. Bu istiqamətdə ilk addımlarımızdan biri ABB mobile üzərindən Bankımızın əməkhaqqı kartı sahibləri üçün satışların təşkili oldu. Qısa zamanda tətbiq vasitəsilə 5 mindən çox birbaşa satış həyata keçirildi. Hazırda beta layihə kimi başladığımız - ünvana çatdırılma xidməti vasitəsilə bu göstəriciləri bir neçə dəfə yüksəldəcəyik.

Növbəti mərhələdə, Apple Pay-in tətbiqi, NFC ödənişlərinin genişləndirilməsi ilə təmassız ödənişləri daha da inkişaf etdirəcəyik. Mobil tətbiqimizlə istənilən bank kartı ilə əməliyyatlar aparmaq mümkün olacaq. İstifadəçilər üçün müəyyən loyallıq proqramlarımız nəzərdə tutulur. Mobil tətbiqlə daha geniş inteqrasiya imkanlarının yaradılması üçün partnyor şəbəkəmizi də genişləndiririk.

-Ötən ilin ortalarından ABB-nin İnnovasiya Mərkəzi fəaliyyətdədir. İlkin nəticələr necədir?

-Belə bir Mərkəzin təşkili ideyası, əvvəlcə 2019-cu ilin sonlarında ABB Tech Akademiyasının yaradılmasının, ardınca ötən ilin əvvəlində 1-ci ABB Regional Hakatonunun keçirilməsinin davamı idi. Mərkəzin ilk 12 rezidentinin 4-ü Hakatonda iştirak etmiş komandalar oldu. Artıq 12 startap layihəsinin hər biri ABB İnnovasiya Mərkəzində inkubasiya dövrünü başa çatdıraraq investorlara təqdim edilib. İyulun əvvəlində isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji tərəfdaşlığı ilə 2-ci ABB Regional Hakatonunu keçirdik. Bu Hakatonda da yetərincə maraqlı innovativ ideyalar təqdim edildi və seçilmiş komandalarla tərəfdaşlığı növbəti mərhələlərdə davam etdirəcəyik. Ümumən belə görünür ki, həm bazarda müəyyən bir ideya ətrafında toplaşıb onu inkişaf etdirməyə tələb mövcuddur, həm də investorlar tərəfdə belə bir fürsət axtarışında olan müəyyən icma formalaşır. Elə bizim də əsas niyyətimiz belə bir mühitin yaranmasına və bütün tərəflərin o mühitdə bir araya gəlməsinə dəstək olmaqdır. Bu, bir-birini ardıcıl şəkildə izləyib tamamlayan prosesdir. Bizim ABB Tech Akademiyamız indiyə qədər informasiya texnologiyaları sahəsində 300-ə yaxın peşəkar yetişdirib. Hər yeni proqramımızda onların sayı artır. Biz öz partnyorlarımızın və sahibkarların texnoloji həllər üçün lazımi resursla təmin edilməsinə də kömək göstərməyə çalışırıq.

-Bankın strateji inkişaf layihələrinin icrası hazırda nə yerdədir?

-Mövcud üç illik strategiyamız 2022-ci ilin sonuna qədər olan müddəti əhatə edir. Bir çox layihələri özündə birləşdirən strateji təşəbbüslərimizin 65%-ni artıq uğurla reallaşdırmışıq. Bu layihələr bankın bütün istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün bünövrə rolunu oynayır. Növbəti dövr üzrə yeni strategiyanın planlanması prosesinə də başlamışıq. Bu mərhələdə, artıq formalaşmış möhkəm bünövrəyə əsaslanacağıq. Ənənələrimizə sadiq qalaraq, universal bank kimi müştərilərimizə, tərəfdaşlarımıza yeni faydalar yaradacağıq. Müxtəlif biznes seqmentləri üzrə daha da böyüyəcəyik.

PKK “Fərat Qalxanı”nda terror aktı törədib - 2 ölü, 19 yaralı var
PKK “Fərat Qalxanı”nda terror aktı törədib - 2 ölü, 19 yaralı var
İranda 11 min nəfər koronavirusa yoluxub, 239 nəfər ölüb
İranda 11 min nəfər koronavirusa yoluxub, 239 nəfər ölüb
Cənubi Koreyada 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək
Cənubi Koreyada 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi ermənilərin bizim qarşımızda heç bir şansının olmadığını göstərdi
Prezident İlham Əliyev: “Sərhədsiz reportyorlar” təşkilatının hesabatı mənim və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır
Prezident İlham Əliyev: Muxtariyyət artıq müzakirə mövzusu deyil
Gəncə Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib (FOTO)
Prezident İlham Əliyev: Revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün Ermənistana xəbərdarlıq etmək vaxtıdır
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri görüş təklifi ilə çıxış etsələr, biz buna qarşı çıxmarıq
Prezident İlham Əliyev: Azərbaycan heç vaxt, hətta müharibə zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib
Prezident İlham Əliyev: Müharibə bitib, münaqişə öz həllini tapıb
Beynəlxalq şirkətlər Azərbaycan iqtisadiyyatını dayanıqlı hesab edir
PKK “Fərat Qalxanı”nda terror aktı törədib - 2 ölü, 19 yaralı var
Azərbaycan Ordusunda Vətən müharibəsinin ildönümü münasibətilə silsilə tədbirlər keçirilib (VİDEO)
Avropa Şurası Ermənistanla Azərbaycan arasında etimadın qurulması üçün danışıqlara başlayıb
“Təmiz Şəhər” ASC-nin dəstək verdiyi “Qarabağ İlmələrdə” layihəsinin açılış mərasimi olub (FOTO)
Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası sürətlə davam etdirilir (FOTO)
Vətən müharibəsinin tarixini təhrif edən məktəb direktoru danışdı
Yağışın fəsadları "Azərsu" və kommunal təsərrüfatçılar tərəfindən aradan qaldırılır - BŞİH
CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib (FOTO)
Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət cədvəli
Bakıda yağış suyu ilə dolan ərazilər təmizlənib - FHN (VİDEO)
AŞ PA-nın postmünaqişə dövrünün yeni reallıqları fonunda qəbul etdiyi sənəd təəssüf doğurur - Deputat
“Müharibə dönəmində döyüş bölgəsinə ən yaxın filial idik” - Səbuhi Abdullayev, Bərdə filialının rəhbəri (FOTO)
Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb
AHİK İcraiyyə Komitəsi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb
Dövlət Agentliyinin işçilərinin say həddi artırıldı - FƏRMAN
Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil - MN
Mineral gübrələrin səyyar satışına başlanılıb
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarının rəhbərləri İkinci Fəxri Xiyabanı ziyarət ediblər (FOTO)
İqtisadi Şuranın səlahiyyətləri artırılıb
Vətən müharibəsi iştirakçısı işlə təmin olunub
AQTA 4 müəssisədə pozuntular aşkarlayıb
Qarabağ Dirçəliş Fondu AMCHAM üzvlərinin Ağdama səfərini təşkil edib (FOTO)
Qeyri-sabit hava şəraitində yollarda niyə tıxac olur?
Mingəçevir Dövlət Universitetində gənc əməkdaşlarla görüş olub (FOTO)
ABŞ-ın 5 ştatında Anım Günü ilə əlaqədar aksiya keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda Xalq - Prezident vəhdəti heç zaman sarsılmayacaq - Deputat
Azərbaycanda 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub
“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib (FOTO)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb
Unibankın mobil əlavəsindən “Contact”la pul köçürmək çox sərfəlidir
Anım günü hər bir azərbaycanlı üçün müqəddəs gündür - Kamaləddin Qafarov
Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi - Livanlı ekspert
Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib (FOTO) (YENİLƏNİB)
Abşeronda 3 şəhidin il mərasimi keçirilib (FOTO)
Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın inkişafına dair Dəyirmi Masa keçirilib (FOTO)
AzMİU tələbələrinin buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb (FOTO)
Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün yeni perspektivlər açacaq - Spiker
Bank kartları üzərində qurulan fırıldaq əməliyyatları ilə bağlı açıqlama
Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300 qaziyə xidmət göstərilib
Bakıda avtobus sürücüsü qapını əlində aparır - BNA-dan açıqlama
UNEC ilə "McDonald’s Azərbaycan" arasında memorandum imzalandı (FOTO)
Türkiyə hər zaman Azərbaycanın yanındadır - Mustafa Şentop
İranda 11 min nəfər koronavirusa yoluxub, 239 nəfər ölüb
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb
Azərbaycanın təbii qaz ixracı 30 faizdən çox artıb
Çaylardakı sululuq səviyyəsi açıqlanıb
ADU-nun Konfutsi İnstitutunda Çinin milli bayramı qeyd olunub
Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi (VİDEO)
Qarabağla bağlı üçtərəfli razılaşmanın başlıca nəticəsi sabitlikdir - Lavrov (ƏLAVƏ OLUNUB)
Gömrük Akademiyasında Anım Günü münasibətilə tədbir keçirilib (FOTO)
İsraildə Anım Gününə həsr olunmuş aksiya təşkil edilib (VİDEO)
Könüllülərin iştirakı ilə "Vətən var olsun!" adlı fləşmob keçirilib (FOTO/VİDEO)
Gürcüstanın baş naziri Azərbaycana gəlir
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb (FOTO)
Şəhid ailələri və qazilərlə bağlı “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 518-ə çatıb
Mingəçevir Dövlət Universitetinin startap komandasının növbəti uğuru (FOTO)
Qarabağ qazisi işlə təmin olunub
Cənubi Koreyada 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək
Sabahdan daha bir avtobusda ödəniş kartla olacaq
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü
Ata Abdullayevin məhkəməsinin vaxtı məlum oldu
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək
Azad edilmiş ərazilərdəki yeni işıq xətləri ilə hektarlarla torpaq sahəsinə qənaət ediləcək - "Azərişıq"
Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib (FOTO)
Prezident İlham Əliyev: Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilə bilər, əlbəttə, bizim narazılığımız da var
Prezident İlham Əliyev Anadolu agentliyinə müsahibəsində İran tırları ilə bağlı məsələyə aydınlıq gətirib
Daha 62 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Qarabağdan 20-yə yaxın sahibkar elektrik təchizatı üçün müraciət edib
Müdafiə Nazirliyi "Qarabağ - 44" adlı videoçarx hazırlayıb
Prezident İlham Əliyev: Ermənilər artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bərpa işlərinə cəlb edək
Avropada təbii qazın qiyməti tarixdə ilk dəfə min dolları keçib
Prezident İlham Əliyev: Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir
Bitki sağlamlığının təmin edilməsi istiqamətində təcrübə mübadiləsi genişləndirilir
Prezident İlham Əliyev: Ermənistan xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə
28 sentyabr Ümumdünya quduzluq xəstəliyi ilə mübarizə günüdür
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik
SOCAR Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin həcmini açıqlayıb
Təmir aparılan 22 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq
Rusiyada koronavirusdan gündəlik ölüm sayı anti-rekordu yeniləyir
Prezident İlham Əliyev: Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir
Prezident İlham Əliyev: “Ağa qara, qaraya ağ demək” Ermənistan rəhbərlərinin xislətidir
Prezident İlham Əliyev: Bizim icazəmiz olmadan Qarabağa heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz
Prezident İlham Əliyev: Bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir
Prezident İlham Əliyev: Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi hesablamaları çox səhv apardılar və bunun nəticəsində acı məğlubiyyətə uğradılar
Bütün xəbərlər