...

Bakıda Türk Biznes forumu keçiriləcək

İqtisadiyyat Materials 6 Sentyabr 2021 16:19 (UTC +04:00)
Bakıda Türk Biznes forumu keçiriləcək

Bakı. Trend:

Bakıda Türkdilli ölkə rəmsilərinin iştirakı ilə, “Türk Biznes forumu” keçiriləcək və Türkiyənin Ticarət Naziri Mehmet Muş tədbirdə iştirak edəcək.

Trend-in məlumatına görə, bu haqda TurkicWorld-a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, “Türk Biznes forumu” 10 sentyabrda həyata keçiriləcək.

“Forumda, Türk Şurasının Baş katibi Bağdad Amriyev, Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya naziri Baxyt Sultanov, Qırğız Respublikası İqtisadiyyat və Maliyyə naziri Akylbek Japarov, Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət nazirinin müavini Badriddin Abidov, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi Peter Sztarayin da iştirakı gözlənilir”- deyə, nazirlikdən bildiriblər.

Məlumatda qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası və inkişafında Türk Biznes qurumlarının rolu da müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti