Bakı. Trend:
Bakıda Azərbaycan - Türkiyə Biznes Forumu keçirilib.
Trend-in məlumatına görə, forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə baş tutub.
Forumda Azərbaycan və Türkiyə tərəfindən ümumilikdə 20-dən çox şirkət, hökumət rəsmiləri və 80-ə yaxın sahibkar iştirak edib.
Hazırda isə forum çərçivəsində B2B formatında görüşlər keçirilir.