...

İran, Azərbaycan və Gürcüstan arasında yeni dəhliz aktivləşəcək - Səfir

İqtisadiyyat Materials 19 Dekabr 2021 11:35 (UTC +04:00)
İran, Azərbaycan və Gürcüstan arasında yeni dəhliz aktivləşəcək - Səfir

Bakı. Elnur Bağışov – Trend:

Bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropa arasında yeni dəhlizi aktivləşəcək.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Twitter səhifəsində yazıb.

S.A.Musəvinin sözlərinə görə, bu dəhliz Pakistan, İran, Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars Körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verildikdən sonra aktivləşəcək.

Qeyd edək ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars Körfəzi – Qara Dəniz marşrutunun yaradılması gündəmdədir. Bu marşrut çərçivəsində 22 dekabrda İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin üç yük maşını ilə yükdaşıma başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti