...

Türkiyəli iş adamları Rəcəb Tayyib Ərdoğanın maliyyə siyasətini dəstəkləyir

İqtisadiyyat Materials 20 Dekabr 2021 13:03 (UTC +04:00)
Türkiyəli iş adamları Rəcəb Tayyib Ərdoğanın maliyyə siyasətini dəstəkləyir

Bakı. Trend:

Türkiyənin ən böyük iş adamları cəmiyyəti olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maliyyə siyasətini dəstəkləyir.

Bu barədə Trend MÜSİAD-ın rəsmi "Twitter" hesabına istinadən məlumat verir.

Məlumatda deyilir ki, çağdaş iqtisadiyyatda maddi sərmayə kimi ən azından sosial sərmayəyə ehtiyac var, sosial sərmayə isə etibara əsaslanmaqdadır:

"Təəssüflər olsun ki, son günlər makroiqtisadi təməllərə əsaslanmadan Türkiyə iqtisadiyyatını süni şəkildə etibarsızlaşdırırlar. MÜSİAD olaraq biz real iqtisadi göstəricilər deyil, stereotiplər üzərində qurulan mühitə qarşıyıq. Belə ki ilin son üç rübündə 11,7 faiz böyüyən və son 12 ayda ixracatı 220 milyard dolları aşan Türkiyə iqtisadiyatını məzənnədə yaranan dalğalanma ilə qarşılamaq doğru deyil.

Türkiyə iqtisadiyatı bundan əvvəl olduğu kimi indi də istər daxili, istərsə də xarici qüvvələrin təsiri ilə yaradılan manipulyasiylara qarşı sinə gərməkdədir.

Son 20 ildə sərbəst bazar şərtlərinə qarşı dik duran, illik ortalama 5.3 faiz artmağı bacaran iqtisadiyatımızın bütün müvəqqəti problemləri aşacağına inanırıq. Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə irəli sürülən qərarlara, istehsal, investisiya, ixracat və məşğulluğun artacağına və aşağı faiz dərəcəsi ilə bağlı addımlara bir daha dəstək veridiyimizi qeyd edirik", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti