"Xızı-Abşeron" Külək Elektrik Stansiyası “yaşıl enerji” siyasətinin uğurlu başlanğıcıdır - ŞƏRH

"Xızı-Abşeron" Külək Elektrik Stansiyası “yaşıl enerji” siyasətinin uğurlu başlanğıcıdır - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya Azərbaycanın "yaşıl enerji"yə keçidində mühüm hadisədir və enerji təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində mühüm addımdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, əsası qoyulan külək elektrik stansiyası Azərbaycanda “yaşıl enerji” siyasətinin uğurlu başlanğıcıdır.

“Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması çox mühüm iqtisadi hadisədir. Bu, neft-qaz sektorunda xarici şirkətlərlə imzalanmış irihəcmli enerji sazişlərindən sonra regionda sərmayə tutumuna və enerji istehsalı imkanlarına görə, ən böyük qeyri-neft sazişlərindən biri kimi qiymətləndirilə bilər. Bu, həm də Azərbaycanın bölgədə enerji siyasətinin şaxələndirilməsi ilə bağlı yürütdüyü enerji diplomatiyasının növbəti uğurudur”, - deyə A.Hüseynov vurğulayıb.

O qeyd edib ki, bu stansiyanın fəaliyyəti sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək.

“Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və bu da il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla da Azərbaycan özünün elektrik enerjisi ilə təminatının 30 faizini 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına təmin edəcək. Nəticədə ölkəmizin regionda güclü enerji resurslarına malik dövlət kimi mövqeyi daha da artacaq, eyni zamanda, atmosferə atılan çirkli tullantıların azalması sayəsində ekoloji tarazlıq güclənəcək, Azərbaycan “yaşıl enerji” strategiyasını həyata keçirən lider ölkələrdən birinə çevriləcəkdir”, - deyə A.Hüseynov vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

“Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə qəbul olunmuş Dövlət Proqramının icrası milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasında mühüm rol oynayıb”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında vurğulayıb ki, dünyada iqlim dəyişikliklərinə qarşı mübarizə günü-gündən qloballaşır və dünya ictimaiyyətini narahat edən ən vacib məsələdir.

“Atmosferə atılan zərərli tullantıların həcminin artmasının azaldılması və "yaşıl enerji" ilə əvəz edilməsi dünya gündəliyinin prioritetidir. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, kömür və qazla işləyən eləktrik stansiyalarının "yaşıl enerji" mənbələri ilə əvəz edilməsi istiqamətində dünya ölkələri müəyyən planlar qurur. Məhz bu təşəbbüslərə qoşularaq Azərbaycanda 2030-cu ilə qədər istehsal ediləcək elektrik enerjisinin 30%-nin bərpaolunan enerji ilə əvəz edilməsi planlaşdırılır.

44 günlük Vətən müharibəsində 10 min kvadratkilometrdən çox ərazilərimiz işğaldan azad olunanda Prezident İlham Əliyev bu əraziləri "yaşıl enerji" zonası elan etmişdir. Məhz qısa zaman kəsiyində həmiz ərazilərdə ermənilər tərəfindən dağıdılmış su elektrik stansiyaları bərpa edilir və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji stansiyalarının yaradılması istiqmətində işlərin görülməsinə başlanmışdır. Təbii ki, "yaşıl enerji"nin payının enerji sektorunda artırılması istiqamətində atdığımız addımlar qlobal çağırışlara verdiyimiz töhfədir”, - deyə A.Badamov vurğulayıb.

O qeyd edib ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir.

“Bu layihənin icrası həm də Azərbaycan iqtisadiyyatına qoyulacaq 300 milyon dollar xarici investisiya olmaqla yanaşı, həm də 220 milyon kubmetr qaza qənaet və atmosferə atılacaq 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaqdır. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasında istehsal olunacaq elektrik enerji 300 min evin elektriklə təminatını həyata keçirəcəkdir. Beləliklə, qeyd etmək olar ki, Azərbaycanın enerji sektoruna 240 meqavat elektrik gücünün əlavə olunması elektrik ixracımızın artmasına öz töhfəsini verəcəkdir”, - deyə deputat bildirib.

A.Badamov vurğulayıb ki, Azərbaycanın qonşu ölkələrlə elektrik nəqletmə xətləri mövcuddur: “Elektrik enerjisinin generasiya gücünün artması gələcəkdə ixrac xətlərimizin genişləndirilməsini də gündəliyə gətirəcəkdir. Çünki, işğaldan azad olunmuş ərazilərimizdə 10 min meqavat bərpaolunan elektrik enerjisi istehsal etmək mümkündür. Qeyd etdiyim kimi, işğaldan azad olunmuş ərazilərdə də bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində geniş işlər görülür. Həm də dənizdə bərpaolunan enerji stansiyalarının inşası istiqamətində işlərin aparıldığını nəzərə alsaq, Azərbaycan regionda elektrik enerjisinin ixracında böyük ixracatçıya çeviriləcəkdir. Bu da Azərbaycan iqtisadiyyatının daha da möhkəmlənməsinə və dinamik inkişafına öz töhfəsini verəcək”.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Yaponiyanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ baş verib
"Mercedes" mindən çox avtomobili geri çağırır
Bir qrup valideyn növbəti dəfə MDU-da imtahan prosesini müşahidə edib (FOTO)
Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır
Cəlilabad sakinlərindən qanunsuz odlu silahkar aşkarlanıb
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış təsisatlara ödənilən vəsaitin əhatəsi genişləndirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə 20 adda dəyəri yüksək dərmanlar verilib
Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır (FOTO/VİDEO)
Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib
Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir
Yanvarın 24-nə USD/AZN rəsmi məzənnəsi
"Omikron" ştammının sürətlə yayılması yaz aylarına qədər davam edə bilər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)
Bakının bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Həyat yoldaşına zorakılıq edənlər həbs ediləcək
Dünyada son bir həftədə rekord sayda şəxs koronavirusa yoluxub
Dövlət qulluğuna qəbul üzrə imtahan keçiriləcək
Valideynsiz uşaqlara valideyn olaq və onlar ailədə böyüsün! - Nazirlikdən yeni videoçarx
Tunis sahillərində miqrantları aparan qayıq batıb, 11 ölü var
Tələbələrin köçürülməsi ilə bağlı yenilik edilib
Ərdoğan Ukrayna ilə bağlı Putinlə görüşə bilər
Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verdi
Azərbaycanla daha bir ölkə arasında viza tələbi ləğv edilir
Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
Hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir - Nazirlər Kabineti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 068 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib
Boy hormonu çatışmazlığı olan 450 uşaq ödənişsiz boy hormonu preparatı ilə təmin olunub
UNEC-in ingilis dilində yeni elmi jurnalı çapdan çıxdı
Yasamalda 7 küçə əsaslı təmir olunur (FOTO/VİDEO)
Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb (FOTO)
Qlobal inflyasiya böhranı dərinləşir: Azərbaycan hansı addımlar atacaq?
Ağacları kəsən şirkət cəzalandırılıb
Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlandı
Ötən gün qaz istehlakı maksimal həddə çatıb - "Azəriqaz"
Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi
SOCAR və “Equinor” şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir (FOTO/VİDEO)
Daha bir məktəb distant təhsilə keçir
Bu şəhər və rayonlarda vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ağaclar kəsilib, cinayət işləri açıldı
İtkin düşmüş və şəxsiyyətləri müəyyənləşmiş hərbi qulluqçuların sayı AÇIQLANDI
Zəfər Günü ilə bağlı amnistiya aktı hərbi məhkəmələr tərəfindən 81 hərbçiyə tətbiq edilib
Orduda qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb - Hərbi prokuror
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir - TƏHLİL
Silahlı Qüvvələrdə baş verən cinayətlərin 99 faizi açılıb - Xanlar Vəliyev
Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb
Gələn ay Ümrə ziyarətinin tarixləri və bilet qiymətləri məlum olub
İcbari tibbi sığorta ilə bağlı müraciətlərin sayı artıb
“Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edilib
Zəngəzur dəhlizi vasitəsilə iqtisadi və strateji üstünlük reallaşacaq - Türkiyəli ekspert
Vergi daxilolmalarının ən yüksək tempi ictimai iaşədə olub - Mikayıl Cabbarov
Sosial sığorta daxilolmaları 84 faizdən çox artıb
Əlil şəxslərin işlə təmin olunması müzakirə edilib
Sinqapur peyvənd olunan turistlərə qarşı karantin tələbini aradan qaldırır
Rusiyada koronavirusa gündəlik yoluxmada yeni anti-rekord
Azərbaycan dünyanın ən yaxşı məşq mərkəzlərindən biridir - Avstraliyalı gimnast
Xaricdə təhsil üçün ən çox hansı ölkə seçilir?
Xalq Bank 2021-ci ilin yekunlarını açıqlayıb
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin tənzimlənməsi üçün ardıcıl səylər göstərir - XİN
Şəkidə narkotik alverçiləri saxlanılıb (FOTO/VİDEO)
“Nar”ın dəstəyi ilə ən böyük azərbaycandilli səsli kitabxana yaradılıb
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)
Yasamalda 8 nəfərdən 25 kiloqramdan artıq narkotik götürülüb (FOTO/VİDEO)
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir - Rusiya XİN
Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Qeydiyyata alınmış hemofiliya xəstələrinin sayı açıqlanıb
Yelo Bank-dan hədiyyəli əmanət kampaniyası
Daha bir məktəb əyani tədrisə qayıdıb
Azad edilmiş ərazilərə avtobus səfərləri üçün yaradılan portal işə düşüb
Sabahın hava proqnozu açıqlanıb
Qeyri-neft sənayesində əlavə dəyər 18 faizə yaxın artıb - Nazir
Türkiyə parlamentinin sədri və kənd təsərrüfatı naziri “Dubay Ekspo 2020”-də Azərbaycan pavilyonuna baş çəkiblər (FOTO)
Xidmət rəisi balıqçılara çağırış edib
Ötən il 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb - DSMF
Qaxda cüyür ovlayan şəxs saxlanılıb (FOTO)
Vətən Müharibəsində Azərbaycan xalqının Zəfərinə həsr olunmuş “zefer.az” saytının təqdimatı keçirilib (FOTO)
Rumıniyada ictimai nəqliyyat əməkdaşları tətil keçirir
İşsizlikdən sığorta ödənişi ilə bağlı qaydalar yumşaldılıb
Yaxın zamanda pensiyanın yenidən hesablanması təyinatı rəsmiləşəcək - DSMF
SOCAR Avropaya nəql olunan qazın həcmini açıqladı
Azərbaycan yeni strateji inkişaf mərhələsinə qədəm qoyub - PA rəsmisi
Azərbaycanın prioritetlərini dəstəkləyirik - Britaniya səfiri
Onlayn BirKart sifariş et, 22 AZN qazan
Gəncə avtomobil zavodu İB-də traktor istehsalı 2 dəfə artıb
Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sınıb
Sahibkarlıq sahəsində daha 1 il yoxlamalar aparılmayacaq
Avropada qazın qiyməti il ərzində altı dəfə artıb
Vikipediyanın ingilis dilində 20 Yanvar şəhidlərinin siyahısı yaradılıb
Əmək müqavilələrinin sayı artıb - Mikayıl Cabbarov
Bütün xəbərlər