...

Azad edilən ərazilərdə sahibkarlıq obyektləri ilə bağlı 40-a yaxın müraciət daxil olub - Azərişıq

İqtisadiyyat 19 Yanvar 2022 12:26 (UTC +04:00)
Azad edilən ərazilərdə sahibkarlıq obyektləri ilə bağlı 40-a yaxın müraciət daxil olub - Azərişıq

Bakı. Samir Əli - Trend:

Azad edilən ərazilərdə sahibkarlıq obyektlərinin elektrik təchizatı ilə bağlı "Azərişıq" ASC-yə 40-a yaxın müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azərişıq" ASC-nin Asan Xidmətlə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə deyib.

O bildirib ki, artıq bununla bağlı quruma Şuşa, Kəlbəcər və digər ərazilərdən müraciətlər olunur.

"Müraciətlər elektrik təchizatı şəbəkəsinə qoşulma ilə bağlıdır. İndiyə qədər azad edilən ərazilərdən bununla bağlı 40-a yaxın müraciət daxil olub. Müraciətlər daxil olan kimi dərhal araşdırılır, tədbirlər görülür və uğurla icra olunur", - deyə İ.İsazadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti