...

Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik

İqtisadiyyat 22 Yanvar 2022 09:11 (UTC +04:00)
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik

Bakı. Fərid Zöhrabov - Trend:

İşğaldan azad edilmiş ərazilərin qış turizm potensialı genişdir.

Bunu Trend-in suallarını cavablandırarkən Dövlət Turizm Agentliyinin Regional Turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər təbii irs və mədəni irslə zəngindir.

"Bu səbəbdən həmin bölgələr həm yay, həm də qış turizmi üçün əlverişlidir. Gələcəkdə burada qış turizm növlərinin yaradılması qarşımıza qoyulan əsas məsələlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə qış turizm potensialını inkişaf elətdirmək üçün öncə araşdırma aparılmalıdır, dağ-xizək turizmi üçün əlverişli yerləri, insanların istirahət edə biləcəyi əraziləri müəyyənləşdirmək lazımdır. İlkin olaraq, deyə bilərəm ki, qış turizmi üçün ən əlverişli yer Kəlbəcər rayonudur. Təbii irs nümunələrinin mövcudluğu burada qış turizm növlərinin yaradılmasını labüd edir. Bundan başqa, Laçında, Şuşada, Hadrutda, Tuğda, Azıx mağarası ətrafında olan ərazilər də qış turizmi üçün insanların diqqətini cəlb edir", -deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti