...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat 22 Yanvar 2022 09:36 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 91,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 90,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,47 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 86,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 89,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti