...

Bu gün Azərbaycan və İran arasında yeni avtomobil körpüsünün inşasına başlanılır

İqtisadiyyat 25 Yanvar 2022 12:35 (UTC +04:00)
Bu gün Azərbaycan və İran arasında yeni avtomobil körpüsünün inşasına başlanılır

Bakı. Elnur Bağışov - Trend:

Bu gün Azərbaycan və İran arasında Astaraçay üzərində avtomobil körpüsünün inşa işlərinə start veriləcək.

Trend xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasemi deyib.

R.Qaseminin sözlərinə görə, iki ölkə arasında əlaqələr prezidentlərin göstərişləri ilə daha da inkişaf edəcək.

"Əminəm ki, iki ölkənin dəmiryolu əlaqələrinin inkişaf etdirilməsi diqqət mərkəzindədir. İranın tikinti şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında öz töhfələrini verə bilərlər. İki ölkə arasında ticarət və sənaye zonalarının yaradılması ilə əlaqələrdə böyük irəliləyişlər olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, təməlqoyma mərasiminə Azərbaycan və İran rəsmiləri qatılacaq.

Son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti