...

İlin ən böyük inşaat xəbəri (FOTO)

İqtisadiyyat Materials 26 Yanvar 2022 15:10 (UTC +04:00)
İlin ən böyük inşaat xəbəri (FOTO)

Bakı. Trend:

Tam yeni, müasir inşaat həlləri təklif edən “Retaş” inşaat marketin açılış mərasimi baş tutdu. Açılış mərasimində ölkənin ən tanınmış memar-dizaynerləri, iri inşaat şirkətlərinin nümayəndələri, və inşaat sahəsində öz sözünü demiş aparıcı mütəxəssislər iştirak etdi. Açılış nitqində “Retaş” markasının yaradıcılarından Arif Məmmədov inşaat marketin ölkənin inşaat bazarına yeni bir nəfəs gətirəcəyini vurğuladı.

Qeyd edildi ki, bu inşaat marketdə ziyarətçilər arzu etdikləri inşaat materiallarının ən yaxşılarını əldə edəcəklər. “Retaş” inşaat marketdə hər biri öz sahəsində lider olan markalar son istehlakçıya təqdim olunur. Nəzərinizə çatdıraq ki, bu inşaat market Bakıda fəaliyyətə başlayan ilk dükan olsa da, bu il ərzində ölkənin digər şəhərlərində də filialları açılacaqdır. Bununla da, “Retaş” inşaatda yeni cığır açmağı planlayır. “Retaş” inşaat marketdə satışı həyata keçirilən bir çox məhsul koteqoryaları vardır:

İnşaat boyaları, sənaye boyaları, epoksi boyalar, mebel boyaları, laklar, dolğular, sement əsaslı quru inşaat qarışıqları, gips əsaslı məhsullar, keramoqranitlər, kafellər, metlaxlar, santexnika məhsulları, elektrik avadanlıqları, isitmə sistemləri, xırdavatlar və sairə.

Boya alıcıları üçün “Retaş”-da marketdən ayrılmadan bir neçə dəqiqəyə istədikləri rəngdə boyanı əldə etmək imkanı var. Bunun üçün ən müasir rəngləndirmə aparatı və mütəxəssislər marketdə xidmətinizdə olacaqdır.

“Retaş”-ın üstünlüklərindən biri odur ki, ilk yerli keramoqranit markası olan “NB Ceramic” məhsullarıın eksklüziv satış hüququna malikdir. Burada siz 21-ci əsrin inşaat möcüzəsi hesab olunan Azərbaycan keramoqranitinin ən geniş çeşidi ilə qarşılaşacaqsınız. Seçilən keramoqranitlərin məkanınıza uyğun yerləşdirməsini professional dizaynerlər həyata keçirəcək.

“Retaş” ona görə unikaldır ki, inşaatın ən müxtəlif mərhələlərində, qaba inşaatdan son dizayn toxunuşuna qədər bütün materiallar birinci əldən son isteklakçıya təqdim edilir.

“Retaş”-a gəlməklə siz inamla, tam rahat, güvənli gələcəyi özünüz inşa edəcəksiniz. İnşaat marketdə yaradılmış müsbət aura sizi pozitivə kökləyəcək.

Azadlıq prospekti 163

+99412 562 17 47

Məqalədə:
Xəbər lenti

Xəbər lenti