...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 18 Fevral 2022 10:53 (UTC +04:00)

Bakı. Nəzrin İsrafilova - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 17-də 97,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,1 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,09 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,88 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 96,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,5 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti