...

Azərbaycanda avtomobil benzininin istehsalı artıb

İqtisadiyyat Materials 19 Fevral 2022 17:58 (UTC +04:00)
Azərbaycanda avtomobil benzininin istehsalı artıb

Bakı. Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayında Azərbaycanda avtomobil benzininin istehsalı 40,8 faiz artıb.

Trend-in məlumatına görə, qeyd olunan müddət ərzində ölkədə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 303,1 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 28,3 faiz artıb.

Yanacaq mazutunun istehsalı 18,3 dəfə, sürtkü yağlarının istehsalı 20,7 faiz artıb, dizel yanacağının istehsalı 0,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,6 faiz, neft koksunun istehsalı isə 18,3 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti