...

ÜDM-də yaradıcı sənaye sektorunun payının artması gözlənilir

İqtisadiyyat Materials 23 Fevral 2022 10:47 (UTC +04:00)
ÜDM-də yaradıcı sənaye sektorunun payının artması gözlənilir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanın ümumi daxili məhsulunda yaradıcı sənaye sektorunun payı 2 faizə yaxın təşkil edir.

Trend-in məlumatına görə, bunu mədəniyyə naziri Anar Kərimov "Yaradıcı sənayedə çağırıçlar və biznes imkanları" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, yaxın perspektivdə Azərbaycanda ÜDM sektorunun payı 10 faizə çatmalıdır.

"Azərbaycanda yaradıcı sənayenin inkişafına böyük diqqət ayrılır. Mədəniyyət Nazirliyi bu sektorun dayanıqlığının təmin olunmasına yönəlmiş bir sıra tədbirlər keçirir. 2019-cu ildən etibarən nazirliyimiz bu sahəni prioritet istiqamət hesab edir. Həmçinin, qanunvericiliyin və hüquq sisteminin optimallaşdırılması sahəsində işlər aparılır", - deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti