Bakı. Trend:
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi taxıl və un ixracını məhdudlaşdırır.
Trend xəbər verir ki, müvafiq əmri nazir Yerbol Karaşukeyev imzalayıb.
Sənədə görə, bu il iyunun 15-dək buğda və unun ixracı ciddi şəkildə təsdiq edilmiş kvota həcmləri daxilində həyata keçiriləcək. Beləliklə, göstərilən tarixədək Qazaxstanda buğda və maya üçün tətbiq olunan məhdudiyyət 1 milyon ton, buğda və ya buğda-çovdar unu üçün isə 300 min ton müəyən edilib.
Bundan əlavə, sənəd qüvvəyə mindiyi günədək gömrük qanunvericiliyinə uyğun olaraq ixrac gömrük proseduru çərçivəsində sənədləşdirilmiş mallar Qazaxıstan Respublikasının ərazisindən maneəsiz ixrac ediləcək.