...

Azərbaycanda dəmir yol nəqliyyatı ilə daşınan sərnişinlərin sayı məlum olub

İqtisadiyyat Materials 27 Aprel 2022 21:00 (UTC +04:00)
Azərbaycanda dəmir yol nəqliyyatı ilə daşınan sərnişinlərin sayı məlum olub

Bakı. Trend:

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ilin yanvar-mart ayları 3,8 milyon ton yük, 944,2 min sərnişin daşınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,2 faiz, sərnişin daşınmasında isə 98,3 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 279 vaqon yüklənmiş, 353 vaqon isə boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,2 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti