...

"Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək (FOTO/VİDEO)

İqtisadiyyat Materials 4 May 2022 18:59 (UTC +04:00)
"Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək (FOTO/VİDEO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda inşa olunan "Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək.

Limandan Trend-ə bildirilib ki, hazırda Bakı Limanında gəminin yüklənməsi operativ şəkildə həyata keçirilir. İlk səfərini Qazaxıstanın Kurik limanına edəcək gəmi-bərə vasitəsilə 37 (TIR), 1 yük maşını, 20 minik maşınının daşınması nəzərdə tutulur. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ilin aprelin 28-də istifadəyə verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus gəmini otuz nəfərlik heyət üzvü idarə edir və bu gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti