Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 1828,8 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Trend-ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1396,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 76,4 faizini təşkil edib.