...

Pensiya və müavinətlər üzrə ödəniş 8 faizə yaxın artıb

İqtisadiyyat Materials 10 İyun 2022 10:58 (UTC +04:00)
Pensiya və müavinətlər üzrə ödəniş 8 faizə yaxın artıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 2 mlrd. 717 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8% və ya 198 mln. manat çoxdur.

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti