...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 21 İyul 2022 11:02 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 20-də 120,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 118,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,19 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 113,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti