Bakı. Trend:
Yelo Bank regionlarda xidmət şəbəkəsini genişlənməyə davam edir.
Bank bu dəfə Qəbələdə yeni rəqəmsal filialını istifadəyə verdi.
Bankın digər filialları kimi “Parlaq Bankçılıq” şüarına
uyğunlaşdırılmış Qəbələ filialı yüksək səviyyədə xidmət göstərmək
üçün bütün zəruri imkanlara malikdir.
Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə
olmadan, aparatlar vasitəsilə aparılır. Filialda nağd pul, biznes
kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə
bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin
nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.
Mədaxil və məxaric əməliyyatları üçün filialın 24/7 xidmət
sahəsində quraşdırılmış yeni nəsil ATM və terminalı damüştərilərin
istifadəsindədir.
Filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin sədri Anar
Həsənov Parlaq bankçılığı Qəbələ sakinlərinə təqdim etməkdən
şad olduğunu bildirib: “Müştərilərə daha çevik və keyfiyyətli
xidmət göstərmək üçün nəinki məhsullarımızı, eləcə də
filiallarımızı da rəqəmsallaşdırırıq, Qəbələ filialı bu il
regionlarda istifadəyə verdiyimiz sayca 3-cü filialdır. Xidmət
şəbəkəmizin, xüsusilə, regionlarda genişləndirməyimizdə əsas məqsəd
ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Qəbələdə də
sahibkarlığın inkişafı üçün geniş potensial var. İlin sonunadək
ölkənin digər bölgələrində də eyni konseptdə filialları açmağı
planlaşdırırıq.”
Yelo Bank-ın yeni filialı Qəbələ şəhəri, Nizami Gəncəvi küçəsi 1
ünvanında fəaliyyət göstərir.
Bank xidmətləri, o cümlədən, kredit, xaricə köçürmələr və depozit haqqında
əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!