Bakı. Trend:
Qazaxıstanda bu ilin yanvar-iyul aylarında aviaşirkətlərin gəlirləri bir il əvvəl 189,2 milyard tengeyə qarşı 276,8 milyard tenge təşkil edib.
Trend xəbər verir ki, gəlirlərin əsas hissəsi - 270,6 milyard tenge bütün istiqamətlər üzrə sərnişin daşınması hesabına əldə edilib.
Daha 6,2 milyard tenge yük və baqaj daşınmasının payına düşüb.
Ekipajla birlikdə nəqliyyat vasitələrinin lizinqindən əldə edilən gəlir 3 milyard tenge təşkil edib.
2022-ci ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,8 milyon nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.