...

Azərbaycanla Serbiya arasında pensiya ilə bağlı yeni saziş ratifikasiya edilib

İqtisadiyyat Materials 21 Oktyabr 2022 12:05 (UTC +04:00)
Azərbaycanla Serbiya arasında pensiya ilə bağlı yeni saziş ratifikasiya edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Trend-in xəbərinə görə, sənəd haqqında məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan pensiya islahatları çərçivəsində bu istiqamətdə beynəlxalq əməkdaşlığı da gücləndirir.

O bildirib ki, indiyə qədər Azərbaycan 13 ölkə ilə bu cür sənədlər imzalayıb və Serbiya ilə imzalanan sənəd 14-cü dür. M.Quliyev bildirib ki, sazişə əsasən, bir ölkənin vətəndaşı digər ölkə ərazisində sığorta ödəyirsə və pensiya stajı yığarsa pensiyaya çıxan zaman onun sığortası və pensiya stajı nəzərə alınacaq. Sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti